Ağsuda aşkar edilmiş sikkələr.
Azərbayacanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olmuşdur. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır.
1734-cü ilin yayında Nadir xan öz qoşunu ilə Şamaxıya hücum edir. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərir. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir xan 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın edir, əhalisini isə Şamaxı şəhərinin 4 ağaclığında (37 km) Ağsu adlanan yerə köçürür. Həmin dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu.
2010-cu il mart ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhər yerində tədqiqatlara başladı. Üç ay ərzində arxeoloji ekspedisiya iki min kvadrat metr ərazidə qazintı işləri apararaq coxlu miqdarda maddi-mədəniyyət nümunələri əldə etmişdir.
34 ha ərazini əhatə edən Ağsu şəhəri (Yeni Şamaxı) dörd bir tərəfdən kvadrat formaya malik, cay daşından tikilmiş qala divarı və dərin xəndək ilə əhatələnib.
Arxeoloji tədqiqat zamanı qazıntı sahəsindən digər maddi mədəniyyət nümunələri ilə yanaşı çoxsaylı gümüş və mis sikkələr aşkar edilmişdir. Ağsu şəhər yerində aşkar edilən sikkələr tək və dəfinə şəklində tapılmışdır. Təbiidir ki, digər tapıntıların dövrünün təyin edilməsi, dövrün sosial-iqtisadi və siyasi həyatına, beynəlxalq ticarət yollarının istiqamətinə aydınlıq gətirmək baxımından numizmatik materialların rolu əvəzsizdir. Tapılanlar içərisində xeyli miqdar mis lövhə – təbəqələr də var ki, onların da matriçalardan olduğu təsdiq edildi. III qazıntı sahəsindən tapılan bəzi sikkələrin bir üzünə dairəvi və yarpaq çərçivəyə malik, daxilində "Lahic" və ya "Məhəmməd" sözləri olan damğalar vurulmuşdur. Həmin sikkələrdəki "Lahic" kəlməsi fikrimizcə zərbxananın adını bildirir. Lahıc zərbxanasının adına indiyənə qədər yalnız Ağsu pullarında rast gəlinmişdir. Bu, XVIII əsrin ortalarında Şirvan hakimi olmuş Zərnavalı Hacı Məhəmməd Əli ilə bağlıdır. Məlumdur ki, lahıclı ustalar bütün dünyada qızıl, gümüş, xüsusən də mis məmulatları istehsalı ilə tanınmışlar. Onların düzəltdiyi zərgərlik məmulatları dünya muzeylərini bəzəyir. Məhz zərbxananın işinin təşkilində Zərnavalı Hacı Məhəmməd Əli lahıclı ustalara həvalə etmiş, onun ilk sikkələri də Lahıcda vurulmuşdur.
XVIII əsrin ortalarında, daha doğrusu Nadir şahın (1736-1747-ci illər) ölümündən sonra Azərbaycan ərazisində yaranmış xanlıqlar öz sikkələrini tədavülə buraxmağa başlayırlar. Siyasi və iqtisadi cəhətdən cox da, güclü olmayan bu dövlətlər ehtiyatlı siyasət yürüdərək hələlik öz adlarını sikkələrə vurmur, başqa sözlə anonim sikkələr zərb edirdilər. Mis sikkələrin üzərində aversdə qılınc, (Zülfüqar) it, at, tovuzquşu, balıq, xoruz, ördək, şir, ilan, əjdaha, fil, meymun, bitki və.s zərb edilirdi. Sikkənin reversində (tərs üzü) zərbxananın adı, "fulus" sözləri verilirdi.
"Lahıc" damğası sikkələrin Lahıc zərbxanasında zərb edildiyini bildirir. Damğaların formaca bir-birinə çox oxşaması və eyni növ sikkələr üzərinə vurulması, onların eyni zərbxanaya aid olduğunu göstərir. Zərb edilmiş uzunsov mis sikkələrin metal tərkibi də eynidir. (Misin tərkibində dəmir olduğundan, pas çıxır). Eyni tipli Köhnə Şamaxı sikkələrindən fərqli olaraq, bu sikkələrdə qılınc iki haçalı (Zülfüqar) formada verilmişdir. Sikkələrin arxa üzündə "Şamaxı zərb"və ya "zərb fulus" sözləri verilib. Sikkənin aversinin fərqli olması (1748-1763-cü illər) Ağsu hakiminin, Sərdar Hacı Məhəmmədəli xan ibn Sofu Nəbi Zərnavalının, Şamaxı hakimləri Xancobanlı Allahverdi bəy Sərkərin oğlanları Məhəmməd Səid və Agası xandan fərqli olaraq şiə olması ilə əlaqədardır.
Onu da qeyd etməliyik ki, xançobanlı Məhəmməd Səid və Agası xan bu vəzifəyə Kərim xan Zənd tərəfindən təyin edilmişdir. Bu səbəbdən bir sıra Şamaxı pullarının üzərində "Ya Kərim!" şüarı verilirdi.
Ağsu sikkələri üzərində verilmiş "Məhəmməd" damğası Hacı Məhəmmədəli xanın adı ilə bağlıdır. Burada da onun ehtiyatlı siyasət yürüdərək tam adını və epitetlərini göstərməməsi, dövrün siyasi hadisələri ilə bağlıdır. Buna oxşar hadisələr Kərim xan Zəndin sikkələrində "Ya Kərim" (Ya Allah), Ağa Məhəmməd xan Qacarın özünü 1796-cı ildə şah elan edəndən sonra Gəncədə zərb etdirdiyi sikkələrdə "Ya Məhəmməd" şüarlarının verilməsində öz əksini tapır. Adı çəkilən sikkələrin birinin aversində "Lahıc", digər üzündə isə "Məhəmməd" damğası vurulmuşdur. Bu sikkələrin üzərində tarix vurulmaması onların buraxılış ilinin təyin edilməsini çətinləşdirir. Fikrimizcə bu sikkələr Nadir xanın ölümündən sonra (1747-ci il) Məhəmməd Səid xanın Ağsunun işğalına qədər (1763-cü ildə) tədavülə buraxılımışdır.
Ağsu qazıntıları zamanı eyni sahədən 20-yə qədər gümüş sikkə aşkar edilmişdir. Həmin sikkələr Şamaxı və Gəncə zərbxanalarında, Nadir şah, Kərim xan Zənd və anonim buraxılımış abbası və şahılardan ibarətdir. Şamaxıda zərb edilmiş sikkələrin aversində "Ya, sahib zaman", reversində "Şamaxı zərbi " və buraxılış ili verilib (1774-1775)-(1777-1778). Gəncədə zərb edilmiş sikkələrin aversində "Zamanın sahibi imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi" və ya "Ya sahib əz-Zaman imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi" sözləri yazılıb. Bu sikkələr hicri tarixi ilə 1180, 1190, 1195-ci illərdə (1766-1767, 1776-1777, 1780-1781-ci illər) zərb edilmişdir. Aşkar edilmiş abbasıların yuxarı kütləsi 4,1 qr, aşağı kütləsi 1,85 qr təşkil edir. Şahıların yuxarı kütləsi 1,5 qr, aşağı kütləsi 1,1 qr təşkil edir. 1187-ci ildə (1773-1774) Gəncədə zərb edilən və kütləsi 3,8 qr olan abbasının aversində "Nadir/əs-Sultan" sözü zərb edilib. Sikkənin reversində "1187 /Gəncə/ zərbi"sözü zərb edilib.
XVIII əsrin 60-cı illərinin sonlarında zərb ili və yeri pozulmuş anonim abbasının aversində "Ya Kərim/əs-Sultan" sözü verilib. Sikkənin reversində "Ləilahəilləllah, Məhəmmədən Rasulallah, Əliyyən Vəliyullah" kəlamı zərb edilib.
III qazıntı sahəsindən 400-dən artıq mis sikkə aşkar edilmişdir. Bu sikkələr tək və dəfinə şəklində aşkara çıxarılmışdır. Aşkar edilimiş mis sikkələr arasında ən qədiminin XIII əsrin ortalarına aid olan Şivanşah II Axsitanın (1243-1260-cı illər) Şamaxıda zərb etdirdiyi mis fulusdur (kütləsi 1,6 qr). Sikkənin aversində iki sətirdə "Kaan əl-Adəl" sözü verilib. Sətirlərin arasında iki tərəfli üç diş zərb edilib. Sikkənin reversində müsəlman simvolikası "Ləilahəilləllah, Məhəmmədən Rasulallah" sözləri verilib. Sikkənin üzərində "Kaan əl-Adəl" kəlməsi Şirvanşahlar dövlətinin Çingiz xanın imperiyasına tabe olduğunu göstərir. Professor Y.A.Paxomov bu sikkələri şərti olaraq "kaanik" adlandırır. Bu tip sikkələr Hulakü xanın əmri ilə II Axsitanın öldürüldüyü vaxta qədər (1260-cı il) Şamaxı zərbxanasında zərb edilirdi. Sikkənin bu ərazidə tapılması, onun bura təsadüfən düşməsi ilə əlaqədar ola bilər. Fulus bura köçüb gəlmiş Köhnə Şamaxı sakinləri tərəfindən gətirilə bilərdi və ya Ağsu şəhərinin yerində mövcud olmuş daha qədim yaşayış məskəninin sakinlərinə məxsus ola bilərdi.
Şamaxı zərbxanasının mis sikkələri öz forması və kütləsinə görə müxtəlifdir. Sikkələrin bir hissəsi düzgün diametrə malikdir. Bu sikkələri kütləsinə görə üç növə bölmək olar: I tip sikkələr (yuxarı kütləsi 18,0 qr, aşağı kütləsi 14,6 qr) II tip sikkələr (yuxarı kütləsi 12,1 qr, aşağı kütləsi 8,6 qr) III tip sikkələr (yuxarı kütləsi 6,7 qr, aşağı kütləsi 3,9 qr) IV tip sikkələr(yuxarı kütləsi 3,5 qr, aşağı kütləsi 2,0 qr)
Uzunsov formaya malik fulusları iki tipə bölmək olar: I tip fuluslar enli, qurtu nazik, az çəkili, II tip fuluslar ensiz, qalın qurtlu və ağır çəkili zərb edilirdilər.
Hər iki tip fuluslarda aversdə nəbati naxışlarla əhatələnmiş adi qılınc və ya zülfüqar, reversdə "Şamaxı/zərb" və ya "fulus/zərb" "Şamaxı/fulus" sözləri verilirdi. Fikrimizcə, üzərində "Zülfüqar" sözü olan fuluslar Ağsu zərbxanasında kəsilmişdir. Bunu I-ci qazıntı sahəsində aşkar edilmiş, üzərində "Zülfüqar" olan yeni kəsilmiş sikkələr də təsdiq edir. Yuxarıda qeyd etdiyimiz kimi bu sikkələrin bəziləri üzərinə zərb vurulmamış və ya bir üzünə zərb vurulmuşdur (it, at, buğa, xoruz, şir, dovşan, ilan, əjdaha).
Sikkələr üzərində heyvan təsvirlərinin verilməsi qədim türklərin heyvani təqvimi ilə bağlıdır. Numizmatika ilə məşğul olan bir qrup alimlərin fikrincə, fulusların üzərindəki canavar it ilini, ördək və tovuzquşu isə xoruz ilini bildirirdi.
Ə.Rəcəblinin fikrincə ilan yerinə onun ekvivalenti olan əjdaha təsviri vurulurdu. Xatırladaq ki, qədim türk təqvimində ilan ili ilə yanaşı, əjdaha ili də mövcud idi və adı çəkilən sikkə məhz əjdaha ilində zərb edilmişdir. Aşkar edilmiş mis fuluslardan birinin aversində üzü sola şir təsviri verilmişdir (kütləsi – 8,8 qr). Belinin üzərindən günəş boylanır. Zərrab günəşi obrazlı təsvir edərək ona göz, qaş və burun əlavə etmişdir. R.Pulun fikrincə şir və günəş təsvirinə ilk dəfə Keyxosrovun pullarında rast gəlinir. Sikkənin reversi oxunmur. Fikrimizcə, bu sikkə XVI-XVII-ci əsrlərdə Şamaxıda zərb edilmişdir.
Aşkar edilmiş sikkələr arasında ehtimalımıza görə Gəncə zərbxanasında buraxılan və aversində fil üzərində oturmuş və əlində əsa tutmuş insan təsviri olan fuluslardır. Sikkənin reversində "Fulus" sözü zərb edilib. Həmin sikkələri kütləsinə görə iki tipə bölmək olar: I-tip sikkələr 18,6 qr çəkiyə malikdir. II-tip sikkələr 8,6 qr çəkiyə malikdir.
Hər iki tipdən olan sikkələr üzərində olan təsvirlər demək olar ki, eynidir. Xatırladaq ki, üzərində fil təsviri verilmiş fuluslar Nadir şahın 1737-1739-cu illərdə Hindistana yürüşündən sonra tədavülə buraxılmışdır. Professor Y.A.Paxomovun fikrincə bu sikkələr Gəncə zərbxanasında zərb edilmişdir. Fikrimizcə, bu sikkələr Gəncə ilə yanaşı, başqa zərbxanalarda da buraxıla bilərdi. Təsadüfi deyildir ki, bu tip sikkələr Şamaxı ərazisində də aşkar edilmişdir. Belə ki, 2009-cu ildə arxeoloq t.e.n İdris Əliyev tərəfindən (Şamaxıda aşkar edilmiş) bizə təqdim edilmiş fulus üzərində fil təsviri var idi. Bir neçə mis sikkənin aversində balıq təsviri, reversində isə fulus sözü zərb edilib. Bu sikkələr kütləsinə görə iki tipə bölünür: I tip sikkələr 17,0 qr. çəki ilə zərb olunurdu. II tip sikkələr 5,0 qr. çəki ilə zərb olunurdu.
Sikkələr üzərində zərb yeri və tarix yoxdur. Qazıntı sahəsindən Qarabağ hakimi Pənahəli xanın (1747-1763 ci illər) Şuşada zərb edilmiş mis sikkələri aşkar edilib (cəkisi 3,5; 4,4). Sikkəllər anonim zərb edilmişdir və tərəfimizdən iki tipə bölünmüşdir: I tip sikkələrin aversində nöqtəvari və düzxətli çərçivənin daxilində Pənahəli xanın tuğrası verilib, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində "Pənahabad/zərb" sözü zərb edilib. II tip sikkələrin aversi I tipdə olduğu kimidir, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində "Pənahabad" sözü zərb edilib. Sikkələrin üzərində zərb tarixi oxunmur. Analoji sikkələr professor M.Ə.Seyfəddini tərəfindən çap edilmişdir.
III qazıntı sahəsindən 1772-ci ildə II Yekaterina tərəfindən Sankt-Peterburqda zərb edilmiş bir ədəd tunc sikkə də (5 kopeyka) aşkar edilib (kütləsi – 50,8 qr). Sikkənin aversində (əsl üzü) yuxarıda tac olan çələng verilib. Çələngin daxilində II Yekaterinanın venzeli (monoqramı), venzelin sağında və solunda"1772" zərb edilib. Sikkənin reversində Rusiya imperiyasının gerbi-ikibaşlı qartal təsvir edilib.
Sikkənin bura düşməsi rus generalı V.Zubovun 1796-cı ildə Şirvana yürüşü ilə əlaqədar ola bilər.
Ağsu orta əsr şəhər yerində aşkar edilmiş sikkələr əsasən XVII-XVIII əsrə aid səfəvi gümüş sikkələri, XVIII əsrə aid Nadir şah, Kərim xan Zənd, Ağa Məhəmməd Şah Qacar, habelə Şamaxı, Gəncə, Şəki, Qarabağ, Dərbənd, Quba hakimlərinin anonim gümüş, mis fulusları və rus sikkələrindən ibarətdir.
Beləlikə, numizmatik materiallar əsasında belə nəticəyə gəlmək olar ki, Ağsu şəhəri yazılı qaynaqlarda göstərdiyi kimi 1735-ci ildə salınsa da bu ərazidə ondan əvvəl də sosial-iqtisadi cəhətdən inkişaf etmiş yaşayış məskəni mövcud olmuşdur. Orada XVII əsrdə zərb edilmiş sikkələrin aşkarlanması faktı bunu təsdiq edir.
Ərazidə aşkar edilmiş ən gec sikkələr XVIII əsrin sonuna aid edilir. Ağsuda aşkar edilmiş sikkələr.
Azərbayacanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olmuşdur. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır.
1734-cü ilin yayında Nadir xan öz qoşunu ilə Şamaxıya hücum edir. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərir. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir xan 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın edir, əhalisini isə Şamaxı şəhərinin 4 ağaclığında (37 km) Ağsu adlanan yerə köçürür. Həmin dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu.
2010-cu il mart ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhər yerində tədqiqatlara başladı. Üç ay ərzində arxeoloji ekspedisiya iki min kvadrat metr ərazidə qazintı işləri apararaq coxlu miqdarda maddi-mədəniyyət nümunələri əldə etmişdir.
34 ha ərazini əhatə edən Ağsu şəhəri (Yeni Şamaxı) dörd bir tərəfdən kvadrat formaya malik, cay daşından tikilmiş qala divarı və dərin xəndək ilə əhatələnib.
Arxeoloji tədqiqat zamanı qazıntı sahəsindən digər maddi mədəniyyət nümunələri ilə yanaşı çoxsaylı gümüş və mis sikkələr aşkar edilmişdir. Ağsu şəhər yerində aşkar edilən sikkələr tək və dəfinə şəklində tapılmışdır. Təbiidir ki, digər tapıntıların dövrünün təyin edilməsi, dövrün sosial-iqtisadi və siyasi həyatına, beynəlxalq ticarət yollarının istiqamətinə aydınlıq gətirmək baxımından numizmatik materialların rolu əvəzsizdir. Tapılanlar içərisində xeyli miqdar mis lövhə – təbəqələr də var ki, onların da matriçalardan olduğu təsdiq edildi. III qazıntı sahəsindən tapılan bəzi sikkələrin bir üzünə dairəvi və yarpaq çərçivəyə malik, daxilində "Lahic" və ya "Məhəmməd" sözləri olan damğalar vurulmuşdur. Həmin sikkələrdəki "Lahic" kəlməsi fikrimizcə zərbxananın adını bildirir. Lahıc zərbxanasının adına indiyənə qədər yalnız Ağsu pullarında rast gəlinmişdir. Bu, XVIII əsrin ortalarında Şirvan hakimi olmuş Zərnavalı Hacı Məhəmməd Əli ilə bağlıdır. Məlumdur ki, lahıclı ustalar bütün dünyada qızıl, gümüş, xüsusən də mis məmulatları istehsalı ilə tanınmışlar. Onların düzəltdiyi zərgərlik məmulatları dünya muzeylərini bəzəyir. Məhz zərbxananın işinin təşkilində Zərnavalı Hacı Məhəmməd Əli lahıclı ustalara həvalə etmiş, onun ilk sikkələri də Lahıcda vurulmuşdur.
XVIII əsrin ortalarında, daha doğrusu Nadir şahın (1736-1747-ci illər) ölümündən sonra Azərbaycan ərazisində yaranmış xanlıqlar öz sikkələrini tədavülə buraxmağa başlayırlar. Siyasi və iqtisadi cəhətdən cox da, güclü olmayan bu dövlətlər ehtiyatlı siyasət yürüdərək hələlik öz adlarını sikkələrə vurmur, başqa sözlə anonim sikkələr zərb edirdilər. Mis sikkələrin üzərində aversdə qılınc, (Zülfüqar) it, at, tovuzquşu, balıq, xoruz, ördək, şir, ilan, əjdaha, fil, meymun, bitki və.s zərb edilirdi. Sikkənin reversində (tərs üzü) zərbxananın adı, "fulus" sözləri verilirdi.
"Lahıc" damğası sikkələrin Lahıc zərbxanasında zərb edildiyini bildirir. Damğaların formaca bir-birinə çox oxşaması və eyni növ sikkələr üzərinə vurulması, onların eyni zərbxanaya aid olduğunu göstərir. Zərb edilmiş uzunsov mis sikkələrin metal tərkibi də eynidir. (Misin tərkibində dəmir olduğundan, pas çıxır). Eyni tipli Köhnə Şamaxı sikkələrindən fərqli olaraq, bu sikkələrdə qılınc iki haçalı (Zülfüqar) formada verilmişdir. Sikkələrin arxa üzündə "Şamaxı zərb"və ya "zərb fulus" sözləri verilib. Sikkənin aversinin fərqli olması (1748-1763-cü illər) Ağsu hakiminin, Sərdar Hacı Məhəmmədəli xan ibn Sofu Nəbi Zərnavalının, Şamaxı hakimləri Xancobanlı Allahverdi bəy Sərkərin oğlanları Məhəmməd Səid və Agası xandan fərqli olaraq şiə olması ilə əlaqədardır.
Onu da qeyd etməliyik ki, xançobanlı Məhəmməd Səid və Agası xan bu vəzifəyə Kərim xan Zənd tərəfindən təyin edilmişdir. Bu səbəbdən bir sıra Şamaxı pullarının üzərində "Ya Kərim!" şüarı verilirdi.
Ağsu sikkələri üzərində verilmiş "Məhəmməd" damğası Hacı Məhəmmədəli xanın adı ilə bağlıdır. Burada da onun ehtiyatlı siyasət yürüdərək tam adını və epitetlərini göstərməməsi, dövrün siyasi hadisələri ilə bağlıdır. Buna oxşar hadisələr Kərim xan Zəndin sikkələrində "Ya Kərim" (Ya Allah), Ağa Məhəmməd xan Qacarın özünü 1796-cı ildə şah elan edəndən sonra Gəncədə zərb etdirdiyi sikkələrdə "Ya Məhəmməd" şüarlarının verilməsində öz əksini tapır. Adı çəkilən sikkələrin birinin aversində "Lahıc", digər üzündə isə "Məhəmməd" damğası vurulmuşdur. Bu sikkələrin üzərində tarix vurulmaması onların buraxılış ilinin təyin edilməsini çətinləşdirir. Fikrimizcə bu sikkələr Nadir xanın ölümündən sonra (1747-ci il) Məhəmməd Səid xanın Ağsunun işğalına qədər (1763-cü ildə) tədavülə buraxılımışdır.
Ağsu qazıntıları zamanı eyni sahədən 20-yə qədər gümüş sikkə aşkar edilmişdir. Həmin sikkələr Şamaxı və Gəncə zərbxanalarında, Nadir şah, Kərim xan Zənd və anonim buraxılımış abbası və şahılardan ibarətdir. Şamaxıda zərb edilmiş sikkələrin aversində "Ya, sahib zaman", reversində "Şamaxı zərbi " və buraxılış ili verilib (1774-1775)-(1777-1778). Gəncədə zərb edilmiş sikkələrin aversində "Zamanın sahibi imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi" və ya "Ya sahib əz-Zaman imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi" sözləri yazılıb. Bu sikkələr hicri tarixi ilə 1180, 1190, 1195-ci illərdə (1766-1767, 1776-1777, 1780-1781-ci illər) zərb edilmişdir. Aşkar edilmiş abbasıların yuxarı kütləsi 4,1 qr, aşağı kütləsi 1,85 qr təşkil edir. Şahıların yuxarı kütləsi 1,5 qr, aşağı kütləsi 1,1 qr təşkil edir. 1187-ci ildə (1773-1774) Gəncədə zərb edilən və kütləsi 3,8 qr olan abbasının aversində "Nadir/əs-Sultan" sözü zərb edilib. Sikkənin reversində "1187 /Gəncə/ zərbi"sözü zərb edilib.
XVIII əsrin 60-cı illərinin sonlarında zərb ili və yeri pozulmuş anonim abbasının aversində "Ya Kərim/əs-Sultan" sözü verilib. Sikkənin reversində "Ləilahəilləllah, Məhəmmədən Rasulallah, Əliyyən Vəliyullah" kəlamı zərb edilib.
III qazıntı sahəsindən 400-dən artıq mis sikkə aşkar edilmişdir. Bu sikkələr tək və dəfinə şəklində aşkara çıxarılmışdır. Aşkar edilimiş mis sikkələr arasında ən qədiminin XIII əsrin ortalarına aid olan Şivanşah II Axsitanın (1243-1260-cı illər) Şamaxıda zərb etdirdiyi mis fulusdur (kütləsi 1,6 qr). Sikkənin aversində iki sətirdə "Kaan əl-Adəl" sözü verilib. Sətirlərin arasında iki tərəfli üç diş zərb edilib. Sikkənin reversində müsəlman simvolikası "Ləilahəilləllah, Məhəmmədən Rasulallah" sözləri verilib. Sikkənin üzərində "Kaan əl-Adəl" kəlməsi Şirvanşahlar dövlətinin Çingiz xanın imperiyasına tabe olduğunu göstərir. Professor Y.A.Paxomov bu sikkələri şərti olaraq "kaanik" adlandırır. Bu tip sikkələr Hulakü xanın əmri ilə II Axsitanın öldürüldüyü vaxta qədər (1260-cı il) Şamaxı zərbxanasında zərb edilirdi. Sikkənin bu ərazidə tapılması, onun bura təsadüfən düşməsi ilə əlaqədar ola bilər. Fulus bura köçüb gəlmiş Köhnə Şamaxı sakinləri tərəfindən gətirilə bilərdi və ya Ağsu şəhərinin yerində mövcud olmuş daha qədim yaşayış məskəninin sakinlərinə məxsus ola bilərdi.
Şamaxı zərbxanasının mis sikkələri öz forması və kütləsinə görə müxtəlifdir. Sikkələrin bir hissəsi düzgün diametrə malikdir. Bu sikkələri kütləsinə görə üç növə bölmək olar:
I tip sikkələr (yuxarı kütləsi 18,0 qr, aşağı kütləsi 14,6 qr)
II tip sikkələr (yuxarı kütləsi 12,1 qr, aşağı kütləsi 8,6 qr)
III tip sikkələr (yuxarı kütləsi 6,7 qr, aşağı kütləsi 3,9 qr)
IV tip sikkələr(yuxarı kütləsi 3,5 qr, aşağı kütləsi 2,0 qr)
Uzunsov formaya malik fulusları iki tipə bölmək olar:
I tip fuluslar enli, qurtu nazik, az çəkili,
II tip fuluslar ensiz, qalın qurtlu və ağır çəkili zərb edilirdilər.
Hər iki tip fuluslarda aversdə nəbati naxışlarla əhatələnmiş adi qılınc və ya zülfüqar, reversdə "Şamaxı/zərb" və ya "fulus/zərb" "Şamaxı/fulus" sözləri verilirdi. Fikrimizcə, üzərində "Zülfüqar" sözü olan fuluslar Ağsu zərbxanasında kəsilmişdir. Bunu I-ci qazıntı sahəsində aşkar edilmiş, üzərində "Zülfüqar" olan yeni kəsilmiş sikkələr də təsdiq edir. Yuxarıda qeyd etdiyimiz kimi bu sikkələrin bəziləri üzərinə zərb vurulmamış və ya bir üzünə zərb vurulmuşdur (it, at, buğa, xoruz, şir, dovşan, ilan, əjdaha).
Sikkələr üzərində heyvan təsvirlərinin verilməsi qədim türklərin heyvani təqvimi ilə bağlıdır. Numizmatika ilə məşğul olan bir qrup alimlərin fikrincə, fulusların üzərindəki canavar it ilini, ördək və tovuzquşu isə xoruz ilini bildirirdi.
Ə.Rəcəblinin fikrincə ilan yerinə onun ekvivalenti olan əjdaha təsviri vurulurdu. Xatırladaq ki, qədim türk təqvimində ilan ili ilə yanaşı, əjdaha ili də mövcud idi və adı çəkilən sikkə məhz əjdaha ilində zərb edilmişdir. Aşkar edilmiş mis fuluslardan birinin aversində üzü sola şir təsviri verilmişdir (kütləsi – 8,8 qr). Belinin üzərindən günəş boylanır. Zərrab günəşi obrazlı təsvir edərək ona göz, qaş və burun əlavə etmişdir. R.Pulun fikrincə şir və günəş təsvirinə ilk dəfə Keyxosrovun pullarında rast gəlinir. Sikkənin reversi oxunmur. Fikrimizcə, bu sikkə XVI-XVII-ci əsrlərdə Şamaxıda zərb edilmişdir.
Aşkar edilmiş sikkələr arasında ehtimalımıza görə Gəncə zərbxanasında buraxılan və aversində fil üzərində oturmuş və əlində əsa tutmuş insan təsviri olan fuluslardır. Sikkənin reversində "Fulus" sözü zərb edilib. Həmin sikkələri kütləsinə görə iki tipə bölmək olar:
I-tip sikkələr 18,6 qr çəkiyə malikdir.
II-tip sikkələr 8,6 qr çəkiyə malikdir.
Hər iki tipdən olan sikkələr üzərində olan təsvirlər demək olar ki, eynidir. Xatırladaq ki, üzərində fil təsviri verilmiş fuluslar Nadir şahın 1737-1739-cu illərdə Hindistana yürüşündən sonra tədavülə buraxılmışdır. Professor Y.A.Paxomovun fikrincə bu sikkələr Gəncə zərbxanasında zərb edilmişdir. Fikrimizcə, bu sikkələr Gəncə ilə yanaşı, başqa zərbxanalarda da buraxıla bilərdi. Təsadüfi deyildir ki, bu tip sikkələr Şamaxı ərazisində də aşkar edilmişdir. Belə ki, 2009-cu ildə arxeoloq t.e.n İdris Əliyev tərəfindən (Şamaxıda aşkar edilmiş) bizə təqdim edilmiş fulus üzərində fil təsviri var idi. Bir neçə mis sikkənin aversində balıq təsviri, reversində isə fulus sözü zərb edilib. Bu sikkələr kütləsinə görə iki tipə bölünür:
I tip sikkələr 17,0 qr. çəki ilə zərb olunurdu.
II tip sikkələr 5,0 qr. çəki ilə zərb olunurdu.
Sikkələr üzərində zərb yeri və tarix yoxdur. Qazıntı sahəsindən Qarabağ hakimi Pənahəli xanın (1747-1763 ci illər) Şuşada zərb edilmiş mis sikkələri aşkar edilib (cəkisi 3,5; 4,4). Sikkəllər anonim zərb edilmişdir və tərəfimizdən iki tipə bölünmüşdir:
I tip sikkələrin aversində nöqtəvari və düzxətli çərçivənin daxilində Pənahəli xanın tuğrası verilib, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində "Pənahabad/zərb" sözü zərb edilib.
II tip sikkələrin aversi I tipdə olduğu kimidir, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində "Pənahabad" sözü zərb edilib. Sikkələrin üzərində zərb tarixi oxunmur. Analoji sikkələr professor M.Ə.Seyfəddini tərəfindən çap edilmişdir.
III qazıntı sahəsindən 1772-ci ildə II Yekaterina tərəfindən Sankt-Peterburqda zərb edilmiş bir ədəd tunc sikkə də (5 kopeyka) aşkar edilib (kütləsi – 50,8 qr). Sikkənin aversində (əsl üzü) yuxarıda tac olan çələng verilib. Çələngin daxilində II Yekaterinanın venzeli (monoqramı), venzelin sağında və solunda"1772" zərb edilib. Sikkənin reversində Rusiya imperiyasının gerbi-ikibaşlı qartal təsvir edilib.
Sikkənin bura düşməsi rus generalı V.Zubovun 1796-cı ildə Şirvana yürüşü ilə əlaqədar ola bilər.
Ağsu orta əsr şəhər yerində aşkar edilmiş sikkələr əsasən XVII-XVIII əsrə aid səfəvi gümüş sikkələri, XVIII əsrə aid Nadir şah, Kərim xan Zənd, Ağa Məhəmməd Şah Qacar, habelə Şamaxı, Gəncə, Şəki, Qarabağ, Dərbənd, Quba hakimlərinin anonim gümüş, mis fulusları və rus sikkələrindən ibarətdir.
Beləlikə, numizmatik materiallar əsasında belə nəticəyə gəlmək olar ki, Ağsu şəhəri yazılı qaynaqlarda göstərdiyi kimi 1735-ci ildə salınsa da bu ərazidə ondan əvvəl də sosial-iqtisadi cəhətdən inkişaf etmiş yaşayış məskəni mövcud olmuşdur. Orada XVII əsrdə zərb edilmiş sikkələrin aşkarlanması faktı bunu təsdiq edir.
Ərazidə aşkar edilmiş ən gec sikkələr XVIII əsrin sonuna aid edilir.
Tarix: 19.03.2013 / 21:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 456 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari