Skroller
Skroller — daxili işıqlandırılması olan reklam lövhəsi.
Onun üzərində 2-dən 8-ə qədər reklam təsviri bir neçə dəqiqə ərzində avtomatik rejimdə bir-birini əvəz edir. Bir-birinin ardınca dəyişən kadrlar insanların diqqətini cəlb edir və beləliklə, reklam effektivliyini maksimal dərəcəyə çatdırır. Hər hansı bir təsvirin displeydə görünməsi vaxtını skroller sahibi özü təyin edir.
Skroller displeylərindən həm küçədə (onlar tozdanqoruyucu hermetik korpuslarla təchiz olunub), həm binaların içində, o cümlədən supermarket, əyləncə mərkəzləri, kinoteatr, avtosalon, vağzal və s. bu kimi məkanlarda səmərəli şəkildə istifadə etmək olar.
Skrollerlər adətən VİP müştərilər üçün nəzərdə tutulur.
Tarix: 21.03.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...