S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır.
Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
Raketlər
Bu sistemdə istifadə olunan hər bir raket ümumi gücü 12 min ton olan və bərk maye əsasında işləyən 4 xarici sürətləndirici mühərrikin köməyi ilə hərəkətə gəlir. Təcillənmə prosesi zamanı raketdə daxili reaktiv mühərrik işə düşür. Bu mühərrik azot turşusu əsasında işləyir. Yanacağın həcmi elə hesablanır ki, raket hədəfə çatdıqda onun tərkibində maye az olsun. Tipindən asılı olaraq raketlər 200-350 km məsafəyə uça bilirlər. Hədəf radiolokatorun köməyi ilə təyin olunur. Raketin baş hissəsində özü nişanalan başlıq yerləşdirilir. Bu başlıq şəffaf örtüyün altında olur. Onun daxilində dimaetri 60 sm olan parabolik anten və analoq lampa yerləşir. Raketin sürəti 1200 m/san-dir. Hədəfi vurma hündürlüyü 300 m və 27 km, məsafəsi 7 km-dən 200 km-ə (köhnə modellər) və ya 400 km-ə (yeni modellər üçün) qədər olan diapazonda yerləşir. Mərmi hissəsi diametri 80 sm olub, daxilində 80 kq patlayıcı maddə və diametri 1 sm olan 10 000 polad kürə yerləşdirilir. Partlayış hədəfə 20 m qalmış baş verir. Birbaşa vurma halları da məlumdur. İdarəetmədə pozğunluq olduqda "özününkü-düşmən" sistemi işə düşür və ya operatorun əmri əsasında raket şaquli olaraq yuxarıya qalxır və yanacaq qurtardıqda raket özünü məhv edir. Qrup şəklində hədəfləri məhv etmək üçün də nüvə başlıqlı raketlər mövcuddur. Bu raketlərin uzunluğu 11 m, çəkisi isə 6 t-dur. Raketin gövdəsindəki elektrik şəbəkəsi yerli qaz turbini ilə işləyən mühərrikin köməyilə qidalanır. İdarəetmə məntəqəsi ilə rabitə yaratmaq üçün quyruq hissədə antena yerləşdirilir.
Bir raketlə hədəfin vurulma ehtimalı 80% təşkil edir. Adətən bir hədəfə iki raket buraxılır.
Radiolokator "Hədəfin işıqlandırılması"
"Hədəfin işıqlandırılması" radiolokatoru hədəfi 270 km məsafəyə qədər aşkar etmək imkanına malikdir. Radiolokasiya qurğusu əsasən iki kabinadan ibarətdir. Bu kabinaların birində radiolokator, digərində isə idarəetmə pultu yerləşir. Radiolokator yalnız bir hədəfi izləmək qabiliyyətinə malikdir, ayrılan hissə olanda avtomatik olaraq o hissəyə keçir. Güçü 3KVt-a bərabərdir ki, bu da böyük hədəflərin tutulmasında səhvlərə yol verir. 120 km məsafədə servis rejimə keçir və burada pozunutuları azaltmaq üçün 7 Vt gücündə siqnallardan istifadə edir. Ümumi gücləndirmə əmsalı 140 dB həddindədir. Hədəfin izlənməsi komanda məntəqəsinin göstərişi əsasında baş verir. Məntəqədən verilən informasiya əsasında hədəfin azimutu və uzaqlığı daxil edilir. Lokator avtomatik hədəfə tərəf tuşlanır və dairəvi köçürmə (skanerləmə) aparılır. Hədəf tapılmadığı halda sistem sektor axtarış rejminə keçir. Hədəf tutulduqdan sonra məsafə fazakodomanipulyasiya siqnalının köməyi ilə hesablanır və hədəfin tutulması üçün raket avtomatik rejimə keçir. Mərkəzi kəşfiyyat məlumatları olmadığı halda S200 raketlərinin tətbiqinin effektivliyi kəskin aşağı düşür. Aşağı sürətlərdə uçan hədəfləri aşkar etmək üçün mişar formalı siqnallardan istifadə edilir.
Tarix: 20.03.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari