Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Texnikabank

Texnikabank – Azərbaycan Respublikasında özəl bank.Mündəricat
1 Yaranma tarixi
2 Göstəriciləri
3 Əlaqələri
4 Uğurları


Yaranma tarixi

Azərbaycanın özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır.

Göstəriciləri

Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank 150 min müştəriyə xidmət göstərir.

Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir.

Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln. dollar məbləğində kredit almışdır. Eyni zamanda bank City Group və Morgan Stanley kimi iri banklarla əməkdaşlıq edir.

Əlaqələri

Hal – hazırda "Texnikabank" ASC – nin Azərbaycan Respublikası, Rusiya Federasiyası,ABŞ, Almaniya, Avstriya, Isveçrə, Ukrayna, Qazaxstan və Latviyanın aparıcı bankları ilə müxbir əlaqələri mövcuddur. Beynəlxalq ödəmələrə artan tələbata əsasən bank "Drestner Bank AG" (Almaniya), "Parex Bank"(Latviya) , "Zentralban Oesterreich AG" (Avstriya), "OJCS Uralsib İ" (Rusiya), "Commerzbank AG" (Almaniya), "Amerikan Express Bank LTD" (ABŞ), "Russky Slavyansky Bank" ( Rusiya), "Wachovia Bank New York International Branch" (ABŞ), Banque De Commerce Et De Placements S.A. (İsvecrə), American Express Bank LTD, Kredit Dnepr Bank (Ukrayna), Kazkommertsbank, Bank Turanalem (Qazaxıstan) kimi banklarla müxbir əlaqələri saxlayır.

Texnikabank qabaqcıl iş təcrübəsinin və müasir texnologiyanın tətbiqinin nəticəsi olaraq ölkəmizin maliyyə bazarının və bank sisteminin inkişafı üçün əlverişli şəraitin yaradılmasında, investisiyaların cəlb olunmasında, müştərilərə yüksək xidmət göstərilməsində bir çox nailiyyətlər əldə etmişdir.

Bank müştərilərə "Western Union", "Blizko", "Contact", "MİGOM", "Lider", "Privat money", "Xpress Money" və "Bistraya Poçta", "Money Gram", "Zolotaya Korona", "Caspian Money Transfer"vasitəsilə sürətli pulköçürmə xidmətləri həyata keçirir.

Uğurları

2004-cü ildən etibarən Beynəlxalq Visa Assosiasiyasının üzvü olan Texnikabank 2006-cı ilin iyun ayında Assosiasiyanın prinsipial üzvünə çevrilmişdir. Özəl banklar arasında kartlar bazarında liderlər sırasında olmaqla bank, MilliKart Prosessinq Mərkəzinin 10% səhmlərinin sahibidir.

2007-ci ildən Texnikabank ASC Mastercard İnternational ödəmə sisteminin prinsipial üzvü olmuşdur və eyni zamanda Cirrus/Maestro Mastercard Standart və Mastercard Gold kartlarının istehsalına başlamışdır.

2007-ci ildə Texnikabank ASC Visa İnternational ödəmə sistemi ilə 3 layihə, Visa Pos Acquirinq, Visa VSDC issuing, Visa Smart Platinum co-brand layihələrini başa çatdırıb. Bu layihələrin köməyilə bank ticarət mərkəzlərində quraşdırılmış Pos terminallarda beynəlxalq əməliyyatları processing etmək, VİSA EMV çip kartlarını istehsal etmək imkanı əldə etmiş və Texnikabankın Platinum kartlarının sahibləri isə Novco şirkətinin bütün dükanlarında (Benneton, Sisley, Hilfiger Denim, Chicco, Puma, Nike) kartdan istifadə edərkən 10% endirim əldə etmək imkanı qazanmışdır.

Xəzər İnteqrasiya İşgüzar Klubu (CİBC) 2007-ci ilin nəticələrinə əsasən "İlin bankı" nominasiyası üzrə "Caspian Energy Integration Award – 2008" mükafatını "Texnikabank" ASC-yə təqdim etmişdir.

Müştərilərə xidmət şəbəkəsini genişləndirmək bank üçün prioritet hesab olunur. Beləki, özünün filial şəbəkəsini sürətlə genişləndirən və respublikanın bölgələrində yeni filiallarını müştərilərin istifadəsinə verən Texnikabank ASC regionların sosial iqtisadi inkişafı dövlət proqramını əməli dəstəkləyir. Hal-hazırda bankin 34 filialı və 5 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Quba, Yevlax, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad da və Tovuz da fəaliyyət göstərir. Yaxın zamanda Xaçmaz və Qaradağ rayonlarında da yeni filiallar istifadəyə veriləcək. 2010-cu illərdə Moskva şəhərində yeni filialının, İstanbul və London da isə nümayəndəliklərinin açılışı gözlənilir.


Tarix: 19.03.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 346 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...