Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

S-300

S-300 (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) — uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanmışdır. 1978-ci ildə sistemin sınağı başa çatır. 1979-cu ildən ilk S-300 hərbi polku xidmətə götürülmüşdür.

S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.

İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındaır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı zenit raket siistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir.

Rusiya Hava Kosmik Müdafiə üzrə Ekspert Şurasının sədri İqor Aşurbəylinin sözlərinə görə Rusiya ordusu üçün "S-300PM" markalı son kompleks 1994-cü ildə istehsal edilib. O vaxtdan Rusiya yalnız ixracat üçün bu kompleksləri istehsal edirdi. Amma "S-300"lə bağlı ixracat sifarişləri də qurtarıb. Rusiya artıq "S-500" kompleksləri üzərində işləyir və "S-500"lərin silahlanmaya qəbulunun 2015-ci ilə planlaşdırılır. "S-300" komplekslərinin istehsalına 1978-ci ildən başlanıb. Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyun ayının 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub[1].

Təsnifatı

1970-ci ildən bu tərəfə S-300 sisteminin təkmilləşdirilmiş raket, radar sisitemləri və vurma dəqiqliyi ilə çoxlu sayda modifikaisyaları yaradılmışdır. Əsasən aşağıdakı variantlarda mövcuddur:


Tarix: 20.03.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...