Konsaltinq (ing. consulting – məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətlər göstərən mənbədir. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən n % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir.
Konsaltinq xidmətlərinin növləri
Konsaltinqin həll etməli olduğu problemlər sahəsi həddən artıq genişdir, bundan başqa konsaltinq xidmətlərini göstərən şirkətlərin ixtisaslaşması müxtəlif ola bilər. Bəziləri konsaltinqin hər hansı bir sahəsi (məsələn, strategiya, ekalogiya, əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər və s.) ilə kifayətlənməklə, məhdud ixtitsaslı şirkət olaraq fəaliyət göstərir. Geniş istisaslaşmaya malik olanlar isə konsaltinq sahəsində tam xidmət spektri təqdim edir.
Konsaltqin müştəri-təşkilatların idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlərin hərəkatı və. s kimi məsələlərini həll edir. Başqa sözlə desək, konsaltinq bu və ya digər problemin həllində xarici konsultantlar tərəfindən göstərilən istənilən yardımdır.
Konsatlinqin əsas məqsədi rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə kompaniyanın fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir.
Son zamanlarda konsaltinq şirkətlərindən daha çox tələb olunan xidmət növü təşkilatlarda idarəetmə sisteminin qurulmasıdır.
Azərbaycanda bu sadəhə bir sıra təcrübəli şirkətlər fəaliyyət göstərir. TID Consulting MMC, Kapital Konsaltinq, Sigma Consulting, Businessgroup və başqalarını qeyd etmək olar.
Tarix: 20.03.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari