Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molotov kokteyli

Molotov kokteyli — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butılka.

Bu partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur.

Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Fin müharibəsinə başlayan SSRİ paytaxt Helsinkini havadan bombalaması, SSRİ-nin beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butılkalar – Molotov kokteylləri oldu.


Tarix: 20.03.2013 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...