Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fridrix fon Vizer

Fridrix fon Vizer (alm. Friedrich von Wieser; 10 iyul 1851, Vyana — 22 iyul 1926, Sankt-Gilgen) —Avstriya iqtisadçısı.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Fəaliyyəti

Avstriya məktəbinin görkəmli nümayəndələrindən biri də Fridrix Fon Vizer olmuşdur. Vizerin son faydalılıqla bağlı fikirləri onun "İqtisadi qiymətliliyin mənşəyi və əsas qanunları" (1884), "Təbii qiymətlilik" (1899) və "İctimai təsərrüfat nəzəriyyəsi" (1914) əsərlərində tədqiq olunmuşlar.

Avstriya məktəbi nümayəndələri arasında ilk dəfə Vizer "qossen qanunları", "son faydalıq", "əvəzetmə" kimi anlayışları işlətmişdir. Bundan əlavə, o ilk dəfə olaraq məcmu faydalığın müəyyən edilməsi üsulunu axtarıb tapmağa cəhd etmişdir. Bu məqsədlə sərvətin son faydalığını həmcins sərvətlərin kəmiyyətinə hasili kimi hesablamağı təklif edir ki, bu da iqtisad elmində məcmu faydalığın müəyyən edilməsinin multiplikativ üsulu adlanır. Bu barədə Vizer belə yazır: "Faydalığın hesablanmasının əsas qanunu göstərir ki, məhsulun hər bir vahidi son faydalığa uyğun olaraq müəyyən edilir. Bu qanunu biz son faydalıq qanunu və yaxud daha qısa desək son qanun adlandıracağıq".

Vizer göstərir ki, məhsulların dəyəri istehsal xərclərinin dəyəri ilə, istehsal xərclərinin dəyəri isə son sərvətin faydalığı ilə müəyyən edilir. Belə bir mövqedən çıxış edərək o, istehsal xərclərini qurban verilmiş və ya alternativ fayda kimi qiymətləndirir. Yeri gəlmişkən qeyd edək ki, belə bir müddəa iqtisad elmi tarixinə "istehsal xərcləri qanunu" və yaxud "Vizer qanunu" adı ilə daxil olmuşdur. Həm də Avstriya məktəbi bu qanunu bütün sərvətlərə şamil etmiş, yalnız hava, su, torpaq və s. bu kimi "sərbəst sərvətlər" adlandırdığı nemətlərə aid etməmişdir. Vizer həmin qanunu aşağıdakı kimi şərh edir: "Hər hansı bir sərvətin real dəyəri bu sərvətin istehsalına yönəlmiş resursların köməkliyi ilə istehsal edilə biləcək digər sərvətlərin əldə olunmayan faydalığıdır... Faydalıq haqqında düşünərək "xərcləri" unudan hər bir kəs sadəcə olaraq yalnız bir istehsalın faydası haqqında düşünür, başqasının faydası haqqında isə unudur". Vizer qeyd edirdi ki, xərclər (məsrəflər) dəyəri müəyyən etmir, əksinə, bu axırıncı müstəqil surətdə mövcud olur və xərcləri sanksiyalaşdırır. Vizerin tədqiqatının mühüm istiqamətlərindən biri də "əvəzetmə" nəzəriyyəsi ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, Avstriya məktəbinin yaradıcısı K.Menger sərvətin yaradılması prosesində iştirak edən istehsalın üç amilinin - əməyin, kapitalın və torpağın ayrı-ayrılıqda rolunu və əhəmiyyətini bir-birindən seçib ayırmamışdır. Mengerdən fərqli olaraq Vizer istehsalın üç amili konsepsiyasından çıxış edir və göstərirdi ki, bu amillərin əlaqələndirilməsini öyrənmək, sonra isə hər bir amilin digəri ilə əvəz ediləcək hissəsini müəyyən etmək lazımdır. Onun fikrincə əvəzetmənin vəzifəsi bir çox səbəblər içərisindən qoyulmuş məqsədə uyğun olan və buna görə də praktiki əhəmiyyət kəsb edən həlledici səbəbləri axtarıb tapmaqdan ibarətdir. Buradan isə Vizer belə bir nəticəyə gəlirdi ki, əvəzetmə gəlirin amillər üzrə bölünməsini faydalığının hesablanması aktından başqa bir şey deyildir. Öz iqtisadi tədqiqatında xüsusi mülkiyyətin səmərəliliyi məsələsinə də yer verən Vizer onu təsərrüfatçılığın məzmunu ilə müəyyən edirdi. Bu mövqeyi sübuta yetirmək üçün o, xüsusi mülkiyyətin səmərəsini aşağıdakı üç şərtlə əlaqələndirir: birincisi, öz mülkiyyətini digər iddiaçılardan qorumaq üçün təsərrüfat nemətlərinin xərclənməsinə qənaətlə yanaşmanın zəruriliyi; ikincisi - "mənimki" və "səninki" məsələlərinin fərqləndirilməsinin vacibliyi; üçüncüsü isə mülkiyyətin təsərrüfatçılıqla istifadəsi üçün hüquqi təminatın vacibliyi.

Vizerin son faydalıqla bağlı iqtisadi görüşlərinə yekun vuraraq göstərməliyik ki, onlar bütövlükdə marksizmin əmək-dəyər nəzəriyyəsinə qarşı yönəlmişdir. Əmək-dəyər nəzəriyyəsinə iqtisadi-praktiki baxımdan qiymət verərək Vizer yazırdı ki, dəyəri bu cür (yəni, marksizm nəzəriyyəsi əsasında) başa düşdükdə gələcəyin dövləti bircə gün də olsa iqtisadiyyata rəhbərlik edə bilməz.


Tarix: 17.03.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...