Maks Veber alm. Max Weber; (21 aprel 1864, Erfurut — 14 may 1920, Münhen) —Almaniya sosioloqu, tarixçisi.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər
Həyatı
Cəmiyyət haqqında müasir elmlər içərisində alman mütəfəkkiri Maks Veberin (1864– 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proqnozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumiləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir. Onlar öz adlarını sırf şərti olaraq, ancaq praktiki məqsədlər üçün tarixin sxematik tipləşdirilməsi məqsədi xatirinə daşımışdır. Lakin bu o demək deyildir ki, Veber müxtəlif inkişaf mərhələlərində ictimai münasibətlərin bərqərar olunmasına təsir edən müəyyən amillərin varlığını inkar edir. Söhbət təkcə öz fəaliyəti ilə tarixin gedişinə təsir edə bilən təsadüfi şəraitdən, yaxud ayrı– ayrı şəxsiyyətlərdən deyil, daha zəruri məsələlərdən gedir. Bunlar Veberin fikrincə, tarixi dövrlərin təsnifatı kriteriyaları hesab oluna bilər. Veber tarixi şərti olaraq üç böyük dövrə bölür: ənənəvi, feodal, kapitalist adlı bu dövrlər üçün ümumi olan cəhət adamların birinin digəri üzərində ağalığıdır. Amma ağalıq formaları və onları doğuran səbəblər müxtəlif olmuşdur. Veberə görə, cəmi üç ağalıq tipi hökm sürmüşdür. Bunlar ənənəvi, xarizmatik və rasional tiplərdir.
Ənənəvi yaxud antik cəmiyyətdə ağalıq, yəni hakimiyyətin hakimlər və onlara tabe olanlar tərəfindən müqəddəs və ənənəvi olaraq ən qədim zamanlardan irsən verilmiş kimi anlamına əsaslanırdı. Bu cəmiyyətdə ağa ilə tabe olan arasındakı münasibətlər iqtisadi, yaxud da inzibati prinsiplərlə müəyyən olunmur, ənənəvi borc hissi ilə, tabe olanın öz ağasına sədaqəti ilə müəyyən edilir.
Ağalığın xarizmatik forması tamamilə hakimin şəxsi ləyaqəti ilə şərtlənir ki, onu əhatə edənlərin və ona tabe olanların gözündə fövqəltəbii, fövqəlinsan, yaxud allah tərəfindən göndərilmiş kimi görünür. Xarizmatik hakim (lider) xüsusi, qeyri– adi keyfiyyətlərə malik olub, öz tərəfdarlarının gözündə pak, təmiz hesab olunur. Xarizmatik lider rolunda dini vaiz, peyğəmbər, siyasi xadim, sərkərdə və b. çıxış edə bilər. Xarizmatik idarəçilik öz mahiyyətinə görə irrasionaldır, çünki heç bir qayda ilə nizamlanmır. Həmin idarəçilik liderin (hakimin) populyarlığı, xalq arasında etibarı olana qədər hökm sürür. Onun çoxsaylı tərəfdarları, yetirmələri və ardıcılları olur. M.Veber ağalığın ən mükəmməl forması kimi kapitalizmi xüsusi qeyd edir. Onun fikrincə, başqa ağalıq formalarına nisbətən burada rasional, əqli yanaşma mühüm yer tutur. Mahiyyətinə gəldikdə bu ağalıq formasında qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. cəmiyyətin üzvləri qanuni hüququn dövlət hakimiyyəti tərəfindən olduğunu etiraf edir, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər. Veberə görə heç də hər bir hakimiyyəti iqtisadi şərait doğurmur və hər bir hakimiyyət çox az hallarda iqtisadi məqsədlər güdür. Lakin hər bir hakimiyyət forması bəzi adamların digər adamlar üzərində ağalığı üçün inzibati kadrlara, yaxud da dövlət bürokratiyasına ehtiyac hiss edir. Kapitalizmin təsərrüfat və idarəçilik sistemi kimi üstünlüyü və mükəmməlliyi kapitalist müəssisəsinin qazancının əməyin və istehsalın səmərəli təşkili ilə əlaqədardır. Doğrudur, burada söhbət ümumiyyətlə kapitalizmdən deyil, Qərb kapitalizmindən gedir. Veber inkişafı bir və bir neçə qanunauyğunluqla determinə edilə bilən vahid kapitalizmin mövcudluğunu inkar edir. O, köklü surətdə bir– birindən fərqlənən bir neçə kapitalizm tipini göstərir. Bu fərqlərin əsasında dini etiqadlar və əməyin təşkili formaları durur. Buradan tamamilə aydın olur ki, M.Veber kapitalizmin Qərb modelinin apologeti rolunda çıxış edir. Qərb kapitalizminin ən mühüm cizgisi onun səmərəli intizamla qazanca olan cəhdinin çulğalaşmasıdır.
Özündən əvvəlki bir çox sələfləri kimi, M.Veber də cəmiyyətin tarixinin başa düşülməsində dinə böyük əhəmiyyət verir. Məsələn, onun fikrincə kapitalizmin Qərb modelinin təzahüründə protestantizm mühüm rol oynamışdır. Doğrudan da protestantizm ruhu ilə kapitalizm cəhdləri arasında bir sıra eyniliklər müşahidə edilir. Real olaraq Veber bunu aşağıdakı kimi təsvir edir. Protestantizmə məxsus olan dünya duyumu ilə (askez, fərdilik, təşəbbüskarlıq) iqtisadi fəaliyyət arasında ümumi cəhət çoxdur. Lakin adamların iqtisadi şəraitdən dini etiqad sisteminin təzahürünü qeyd etməsinə baxmayaraq, M.Veber heç bir halda onlardan bu və ya digərinin rol və əhə-miyyətini mütləqləşdirmir. Əgər qısa şəkildə M.Veberin cəmiyyətin tarixinə dair baxışlarını ümumiləşdirsək, deməliyik ki, bəşəriyyətin yaratdığı cəmiyyət və onun tarixi rolu nədir?– sualına məntiqi cəhətdən arqumentləşdirilmiş və vahid cavab yoxdur. Bu suala müxtəlif məntiqli, fakt və arqumentli çoxlu cavablar vermək mümkündür.
Tarix: 17.03.2013 / 13:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 667 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari