Ultra Computers (azərb. Ultra Kompüterləri) Azərbaycanda İT sahəsində fəaliyyət göstərən şirkətdir. Ultra Computers şirkəti 1999-cu ildə təsis edilmişdir. Intel korporasiyasının "Intel Premier Provayder" statuslu distribütoru və avtorizə edilmiş Intel məhsullarının səlahiyyət verilən anbarına malikdir; Microsoft, İBM, HP, Cisco, Oracle, Canon, Sony, Toshiba, Tripp-Lite, Genius, Lynksys, Apacer və bir sıra beynəlxalq şirkətlərin Azərbaycanda rəsmi statuslu tərəfdaşıdır.
Fəaliyyət
Ultra şirkətinin əsas fəaliyyət dairəsi interaktiv İT Həllər, proqramlaşdırma, İT məhsullarının istehsalı, idxalı və ixracı, dünyada tanınmış İT korporasiyaların (İntel, Microsoft, HP, Cisco və s.) Azərbaycanda rəsmi təmsilçiliyi və bu məhsulların distribütorluğu daxildir.
Ultra şirkəti hazırda E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Səhiyyə və s. kimi elektron layihələrinin yerinə yetirilməsini həyata keçirməkdədir. Şirkət milli istehsal brendi NEXUS noutbuk, kompüter, monitor, proyektor, LCD/LED tv istehsalı ilə fəaliyyətini genişləndirir və xarici ölkələrdə bu milli brendin geniş yayılması üçün aktiv iqtisadi siyasət aparmaqdadır.
2003-cü ildə Ultra Azərbaycanda və Cənubi Qafqazda NEXUS ticarət markası altında ilk noutbuk və daha sonra kompüter və server istehsalına başlamış ilk şirkət olmuşdur.
2010-cu ildə şirkət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində "HRM – Kadrların İdarə olunması" sisteminin tətbiqi prosesini başa çatdırmışdır. Bu sistem nazirlikdə tətbiq olunan "Megapolis DocNet" elektron sənəd dövriyyəsi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulub və onunla inteqrasiya-məlumat mübadiləsi sxemində çalışır.[2]
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsinin gələcək mərhələlərində kompüter satışının Kür və Ultra kimi kompüter istehsalçıları ilə birgə həyata keçiriləcəyi bəyan olunur.[3]
Tarix: 18.03.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari