Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun Həsənin Qanunnaməsi

Uzun Həsənin Qanunnaməsi - XV yüzillikdə Azərbaycanın Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən tərəfindən tərtib (1470- 1477-ci illərdə) edilmiş qanunvericilik aktı. Təkcə Azərbaycanda deyil, Uzun Həsənin hakimiyyəti altında olan bütün ərazilərdə qüvvədə olmuşdur. "Qanunnamə" dövrümüzədək gəlib çatmamışdır. U.H.Q. əsasən aqrar və vergi məsələlərilə əlaqədar münasibətlərin tənzimlənməsinə yönəldilmişdi. "Qanunnamə" təqribən 85 il ərzində qüvvədə olmuşdur. Bu qanunvericilik aktını kənd təsərrüfatı və vergilər sahəsində aparılmış hüquqi islahat kimi də qiymətləndirmək olar. "Qanunnamə"də qismən mühakimə icraatı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər. Məhkəmədə iddia qaldırmaq müddəti xeyli qısaldılmışdır. U.H.Q. Azərbaycanın dövlət və hüquq, o cümlədən siyasi və hüquqi fikir tarixinin öyrənilməsi baxımından qiymətli mənbə hesab oluna bilər.


Tarix: 12.02.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Ümumi
loading...