Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şənbi-Qazan döyüşü

Şənbi-Qazan döyüşü — 1410-cu ildə Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Bu döyüşdən sonra Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359-1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə siyasi arenaya yeni Azərbaycan-türk dövləti - Qaraqoyunlu imperatorluğu (1410-1468) çıxıb.

Tarixi
Şirvan qoşunu Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif Şirvan qoşunundan əvvəl Təbrizə çatdı. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başlandı. Cəlari qoşunu darmadağın edildi, Sultan Əhməd Qara Yusifin əlinə keçdi. Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsi haqqinda ondan yazılı iltizam alındı və ertəsi gün öldürüldü. Bununla da Cəlarilərin Azərbaycandakı hakimiyyıtinə son qoyuldu. Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi.

Beləliklə, 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin şərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalı), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan - Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri seçilir.


Tarix: 12.02.2015 / 18:25 Müəllif: Feriska Baxılıb: 190 Bölmə: Ümumi
loading...