Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cuğa türbəsi

Qədim Cuğa şəhəri ərazisində yerləşən Cuğa türbəsi elmi ədəbiyyatda daha çox Gülüstan türbəsi adıyla tanınmışdır. XIII əsrin yadigarı olan türbə Azərbaycanın qülləvari türbələri qrupuna daxil olmaqla Mömünə Xatun türbəsinin təsiriylə inşa edilmişdir.

Türbənin on iki üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formalı) isə yonulmuş daşdan tikilmişdir. Azərbaycan memarlığında bəlli olan digər türbələrdən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə - kürsülüyündə yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir.

Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir.


Tarix: 12.02.2015 / 14:08 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Ümumi
loading...