Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələ.
Tarixi
1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələsi zamanı Gəncə şəhəri dağılmış, çox sayda insan həlak olmuş və Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsmiş və təbii gözəlliyi ilə fərqlənən Göy-Göl gölü yaranmışdır. Bu zəlzələ haqqında Nizami Gəncəvi "İqbalnamə"sində yazmışdır.
1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Dimitri (1125-1154) hücum etmişdir. Zəlzələdən sonra Atabəy Qara Sonqur şəhəri bərpa etdirdi.
Zəlzələ haqqında yazılanlar
Mxitar Qoşun "Alban salnaməsi" adlı kitabında bu zəlzələ barəsində yazılır:
"Areq ayında, bu ayın 18-ci günündə, şənbə gününə açılan gecə ərzində, Müqəddəs Georgi bayramı günündə (30 sentyabr 1139-cu ildə, şənbə günü) Allahın dünyaya qəzəbi tutdu. Yerin hiddəti və böyük dağıntılar dəhşətlə yayılaraq Albaniya torpağına çatdı. Bu zəlzələ nəticəsində bir çox yerlərdə, Parisos və Xaçın vilayətlərində, istər düzən hissədə, istərsə də dağlarda çox yerlər dağıldı. Zəlzələdən paytaxt Gəncə şəhəri əhalisi ilə birlikdə məhv oldu. Dağlıq mahallarda bir çox qalalar və kəndlər, əhalinin uçub başına tökülən monastırlar kilsələrlə birlikdə dağıldı. Viran olmuş binalar və qalalar altında saysız-hesabsız adam tələf oldu".
"Alban salnaməsi"ndə yazılır:
"Zəlzələnin baş verdiyi elə həmin gün çar Davidin oğlu Gürcüstan çarı Demetre böyük bir qoşunla hərəkət edərək, Arran vilayətinə gəldi. O, öz sərkərdəsi İvanenin başçılığı altındakı qoşunla paytaxt olan Gəncə şəhərinə çatdı. Onlar sağ qalmış şəhər əhalisi üzərinə amansızcasına hücum edərək, hamını qılıncdan keçirdilər, ya da özlərinə qul etdilər. İşğalçılar əhəmiyyətli bir şəhər olan Gəncənin birdən-birə cəhənnəmə çevrildiyini (çünki burada qızıl yığınları insan cəsədləri ilə bir yerdə qalanmışdı) gördülərsə də, əsla mərhəmət göstərmək istəmədilər. Qızıl və gümüş xəzinələrini çıxararaq özləri ilə apardılar. İşğalçılar əhəmiyyətli bir şəhər olan Gəncənin əhalisinə öz basqınları ilə, öz işgəncələri ilə zəlzələdən daha çox əzab verdilər...".
Kirakos Gandzaketsi yazırdı:
"Dağların başını bulud və duman bürümüşdü və Gəncə qorxulu, dəhşətli zəlzələyə qərq olmuşdu. Gəncə dağılmışdı və ..."
Tarix: 12.02.2015 / 14:24 Müəllif: Feriska Baxılıb: 247 Bölmə: Ümumi