Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Nakaşidze

Aleksandr Nakaşidze (tam adı:Aleksandr Davidoviç Nakaşidze, d. 1837 - ö. 25 sentyabr, 1905) — gürcü əsilli knyaz, general. 1880-1897-ci illərdə Yelizavetpol (indiki Gəncə) quberniyasının qubernatoru olmuşdur.
Həyatı və fəaliyyəti
1877-ci ildə Rusiya-Türkiyə müharibəsi zamanı Dağıstanda Rusiya əleyhinə üsyan qaldırılanda onun amansızcasına yatırılmasında Nakaşidzenin xüsusi rolu olmuşdur. Bu xidmətinə görə, 8 noyabr 1877-ci ildə ona general-mayor rütbəsi verilmiş, o Qərbi Dağıstanın hərbi rəisi təyin edilmişdir və 15 may 1878-ci ildə "İgidliyə görə" sözləri yazılmış qızıl xəncərlə təltif edilmişdir.

16 fevral 1880-ci il tarixindən 30 avqust 1897-ci il tarixinədək Yelizavetpol (indiki Gəncə) quberniyasının qubernatoru olmuşdur.

25 sentyabr 1905-ci ildə Sankt-Peterburqda vəfat etmişdir.

Əhməd bəy Cavanşirlə insident
Nakaşidze yerli adət-ənənələri inkar edərək Əhməd bəy Cavanşirin atını istəmiş, o isə cavabında atını onun arvadına dəyişə biləcəyini bildirmişdi. O dövrdə at da, arvad kimi kişinin namusu sayılırdı.


Tarix: 11.02.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Ümumi
loading...