Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavanşir qəzası

Cavanşir qəzası (rus. Джеванширский уезд) - Yelizavetpol quberniyasının bölgələrindən biridir. Cavanşir qəzasının inzibati mərkəzi Yelizavetapol - Şuşa şəhərləri arsındakı Tərtər poçt stansiyası hesab olunurdu; Yelizavetapoldan 681/6 vers. məsafədə Tərtər çayının üzərində Bərdə kəndi yerləşmişdir. Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuş, VII əsrdə ərəb istilalarına, 943 ildə Xəzərdən Kür çayı ilə keçərək gəlmiş ruslların, XIV əsrdə isə Teymurləngin dağıdıcı hücumları nəticəsində viran qoyulmuşdur. Şəhərdən yarı dağılmış qala divarları qalmışdır. Qəza 213 kəndi əhatə edirdi. Əhalinin əksəriyyəti əkinçilik və madarlıqla məşğul idi. Orta və düzən sahələrdə bağçılıq və ipəkçilik mühüm yer tuturdu. Əkin sahələrində əsasən buğda, arpa əkilirdi. Xüsusən düzən yerlərdə düyü və pampıqda əkilirdi. Əhalisinin əksəriyyətini yerli azərbaycanlılar (rusların adlandırdığı tatarlar) (52041 nəfər), rusların gəlişindən sonra köçürülmə siyasəti nəticəsində az miqdarda ermənilər və ruslar təçkil etmişdir.
Qəzanın tarixi
Qəza 1867-ci ildə Şuşa qəzasının Cavanşir sahəsinin ərazisində yaradıldı. Cavanşir qəzası Cəbrayıl qəzası kimi əvvəllər Qarabağ xanlığının tərkibinə daxil idi; 1869 ildə o, Şuşa qəzasından ayrılmışdır. Sonra bu qəzaya köhnə Çiləbörd sahəsinin ərazisi də əlavə edildi.



Qəzanın nahiyələri:

Bərdə nahiyəsi
Mirzalıbəyli
I Əyricə
Qafarlı
Hacıbəyli
Qaraqoyunlu
Əhmədbəyli
Ləkili (Cumalar)
Şəmşilər
Türkmən-Qayabaşı
Güloğlular
İmamqulubəyli
Zümürxaç
Bərdə
Mollagülülər
II Əyricə
Kəranə nahiyəsi
1.Cəyirli 2.Şatırlı 3.Mirzəcəfərli 4.Qaradağlı-Kərimağa 5.1-ci Hacıəlili 6.Divanlı 7.Dilənçilər 8.Kürd Bоraki 9.Nəzirli 10.Kəranə 11.Saatlı 12.Məşədiimamqulular 13.Mirzəməmmədqulular 14.Bayramalılar 15.Bəhmənlər 16.Qaraqоyunlu-Salvar 17.Quşçular 18.1-Qarahacı 19.Həsənqaya 20.Mincivanlı 21.Cilоvdarlı 22.Çullu


Tarix: 11.02.2015 / 17:58 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Ümumi
loading...