Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xalid ibn Yezid (hakim)

Xalid ibn Yezid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu.

Fəaliyyəti
Yezid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.

Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən sonra öldü. Dəbilə (Dvin) gətirilərək, bir məlumata görə h.230 (844)-cu, digər məlumata görə isə h.228 (842)-ci ildə dəfn olundu.


Tarix: 11.02.2015 / 15:57 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Ümumi
loading...