Nadir Mirzə Qacar — Qacar şahzadəsi, qədim Azərbaycan xörəklərinin reseptini toplayan.
Arvadı Bərdəli olmuşdur. Azərbaycan xörəklərinin reseptini toplamaqda arvadının rolu böyük olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu Tehranın Parlament Kitabxanasından Qacar şahzadəsi Nadir Mirzə Qacarın kulinariyaya dair "Nəvadir əl-əmsal" əsərinin əlyazmasının surətini əldə edib. Əsərdə Azərbaycanın bir sıra unudulmuş qədim xörəklərinin resepti verilib[1].
Kitabı
AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı “Nadir Mirzə Qacar. Karnamə” adlı kitabı "Elm və təhsil" nəşriyyatında çap edilib. Kitabda müəllif – Qacar şahzadəsi Nadir Mirzə 260-dan artıq qədim Azərbaycan xörəyinin reseptini toplayaraq sadə bir dildə oxuculara təqdim etmişdir. Əsərdə klassik şairlərin yaradıcılığından çoxlu nümunələr gətirilib. Yeni nəşr milli xörəklərimizi mənimsəmək istəyənlərə, mədəniyyətimizin qədimliyini inkar edənlərə tutarlı cavabdır. Kitabın məsləhətçi və ön söz müəllifi Milli Kulinariya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov, tərcümənin redaktoru isə Arif Ramazanovdur
Tarix: 29.01.2015 / 19:27 Müəllif: Feriska Baxılıb: 138 Bölmə: Ümumi