Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Yəhya Bakuvi - Yaradıcılığı

Seyid Yəhyanın dini-təsəvvüfi əsərlərinin sayı və siyahısı heç bir qaynaqda tam olaraq verlməmişdir. Bu əsərlərdən Virdü-Səttar və Əsrarüt-Talibin istisna olmaqla digər əsərlərin məzmunundan isə qaynaqlarda heç bəhs edilməmişdir. Əsərlərindən mükəmməl təhsil aldığı məlum olan Seyid Yəhya nəsr əsərlərini türk, ərəb və fars dillərində, nəzm əsərlərini isə fars dilində qələmə almışdır. Bu dildə yazdığı şerlərində "Seyid" məxləsindən istifadə etmişdir. Mehmet Rıhtım Türkiyə və Azərbaycan kitabxanalarında apardığı uzun araşdırmalar zamanı bu ölkələrin kitabxanalarında Seyid Yəhya əsərlərinin 100-dən artıq əlyazma nüsxəsinin olduğunu üzə çıxarmışdır. Ümumiyyətlə, Seyid Yəhya irsinə aid olan əsərlər aşağıdakılardır:

Ətvarül-qəlb
Bəyanül-elm (Çehel Mənazil və həft məqam)
Əsrarüt-Talibin
Ətvarül-qəlb
Qəzəliyyat
Kəşfül-qülub
Qisseyi-Mənsur
Kitabül-vüdu
Məkarimi-əxlaq
Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu
Mənazilül-aşiqin
Mənazilüs-sabiqin
Meyari-təriqət
Rümuzül-işarət (Təfsir və təvili "İhdinəs siartəl müstəqim")
Risaleyi-Ma la buddə batiniyyə (Əsrarül-vüdu)
Risalə fi Səlavatin-nəbi
Şərh Məratibi-əsrari-qülub
Şərh Sualati – Gülşəni-əsrar
Şərül-Əsmai-səmaniyyə
Şəfaül-əsrar
Təsərrufatü mükaşəfat
Virdü-Səttar
Seyid Yəhyanın müxtəlif mənbə və kataloqlarda başqa əsər adlarına da təsadüf edilir. Bunlar "Elmi-lədün", "Mənazilül-arifin", "Əsrarül- vəhy", "Əsrarül-qülub", "Gəncineyi əsrar", "Kitabül-üsul" əsərləridir. Mehmet Rıhtım yazır ki, "bunlardan bir qismi ehtimal ki, adı fərqli qeyd edilmiş əsərlərdir. Çünki, uzun tədqiqatlar bu əsərlərin olmadığını göstərdi".

Seyid Yəhyanın təsəvvüf elminin bir çox sahəsində yazılmış olan əsərlərindəki dil, ədəbi xüsusiyyətlər və məzmun zənginliyi müəllifin təfəkkürününn dərinliyini göstərməsi baxımından da dəyərlidir. Bununla yanaşı onun nəzm və nəsrlə çoxlu sayda əsər yazması da diqqəti xüsusi cəlb edir. Çünki, ona qədər xəlvəti şeyxləri arasında bu sayda və çeşiddə əsər yazan olmamışdır.

Əsərlərində İslam dünyasında işlək olan üç dildən – ərəb dili, fars dili və Azərbaycan türkcəsindən istifadə etmiş və farsca şeirlər yazmışdır. Bu da onun dil zənginliyini və ifadə genişliyini göstərir. Əsərlərində diqqət çəkən cəhətlərdən biri də qaynaq zənginliyidir. Müəllif əsərlərində mövzuları çox vaxt Quran ayələri və Məhəmməd peyğəmbərin hədisləri ilə əsaslandırmışdır. Bu da onun Quran və hədis bilgisinin dərinliyini göstərir. Digər tərəfdən özündən əvvəl yaşamış və əsər yazmış bir çox sufi aliminin də əsərlərindən yararlanmışdır.


Tarix: 11.02.2015 / 17:55 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Ümumi
loading...