Məzmun
Film Cəfər Cabbarlının "1905-ci İldə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur.
Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir.
Filmin heyəti
Film üzərində işləyənlər
Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı
Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev
Bəstəkar: Rauf Əliyev
Səs operatoru: Şamil Kərimov
Tarix: 02.02.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: Ümumi