Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahal Qacar

Həyatı
Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini kəndin səkkizillik məktəbində aldıqdan sonra 1955-1959-cu illərdə Marneuli şəhərində Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində başlamışdır.

1959-1962-ci illərdə əskəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963-1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir.

1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi ilə də məşğul olmuşdur. AQU-nun tarix kafedrasında birillik aspiranturanı bitirdikdən sonra, 1984-cu ildə “Yerli Sovetlərə partiya rəhbərliyi” mövzusunda tarix elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri prof. Zakir Şıxlinski, apponentlərindən biri isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının prof.N.N.Vinoqradov olmuşdur. 1991-ci ildən institutun-universitetin dosenti vəzifəsində çalışır.

Kitabları
Культура Азербайджанского государства Сефевидов (XVI-XVII вв.), Баку, БСУ, 2000.
Elimizin fəxri, elmimizin fədaisi (sənədli povest), Bakı: Naftapress, 2000, 54 səh.
Borçalı mahalı və Qarakənd - Kosalar eli (tarixi-etnoqrafik oçerk), Bakı: Maarif, 2002, 308 səh.
Qaradağ xanlığı, Bakı: Mütərcim, 2011, 212 səh. (Ənvər Çingizoğlu ilə birlikdə)
Tərcümələri
Ağaməhəmməd xan Qacarın qısa tərcümeyi-halı, Bakı:"Mütərcim", 2011, (tərcüməçi)
Aleksandr Sokolov, Gündəlik qeydlər, Bakı: "Mütərcim", 2013, (tərcüməçi)
Pyotr Berje, A.P. Yermolovun İrana səfirliyi, Bakı: "Mütərcim", 2014, (tərcüməçi)
Elmi məqalələri
Участие широких народных масс в управлении государством, Агитатор», 1975, № 22.
Ленинский комсомол – боевой помощник партии, «Агитатор», 1976, № 4.
Деятельность Компартии Азербайджана по улучшению работы Советов в годы девятой пятилетки, Науч.труды АГУ им.С.М.Кирова, 1979, № 6.
Работа партии по повышению роли рабочего класса в Советах, 46-я межвуз.конф.Тбилиси, 1980.


Tarix: 29.01.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Ümumi
loading...