Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ultan qalası

Ultan qalası - Azərbaycan ərazisində qala-şəhər.

Dövrümüzə yalnız xarabalıqları çatan Ultan qalası haqqında mənbələrdə çoxlu məlumtlar vardır. T.Bəhrami göstərir ki, ortası çökək olub, dövrəsi isə qalaya oxşayan Ultan təpəsi Araz çayına yaxındır. Burada olan qala hazırda bütünlüklə ortadan qalxmşdır. Nadir şahın tacqoyma mərasimi də Ultan qalasında keçirilmişdir.

Tədqiqatçılar ehtimal edirlər ki, Ultan qalası Sasanilər dövründə tikilmiş qalalardandır. Göründüyü kimi, həmin qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanmış, lakin sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilmişdir.


Tarix: 29.01.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Ümumi
loading...