Göytəpə abidəsi — Güney Azərbaycanda, Urmiya gölünun Qərb sahilində yerləşir. Abidə Manna dovləti dovrunə aid edilir və Goytəpə ərazisində Manna dolətinin hansısa vilayətinin olması iddiası irəli sürülür. İ.M.Dyakonov , İ.Əliyev və Q.Qeybullayev Göytəpə ərazisində Gilzan əyalətini lokalizə edirlər.
Goytəpədə ilk arxeoloji qazıntılar T.Berton Braunun rəhbərliyi ilə Britaniya arxeoloji cəmiyyəti tərəfindən aparılmışdır.Təpənin heç də bütün təbəqələri açılmamışdır.Burada bir neçə şurf qazılmış və e.ə. III minillikdən başlayaraq İslam dövrünə kimi uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur. E.ə. II minilliyin sonlarına aid edilən "B" dövrünə aid "K" qəbrindən həmin dövr üçün səciyyəvi olan material əldə edilmişdir.Boz-qara və qırmızı keramika məmulatı ilə təmsil olunan "A" təbəqəsi e.ə. I minilliyə aiddir. Qabların qulpları qabarıq heyvan fiqurları formasındadır.
Goytəpə keramikası Həsənli V və IV dövrləri ilə xeyli ümumi cizgilərə malikdir.Burada bir çox keramika formaları Həsənlidə olduğu kimi özündən əvvəlki dövrlərlə müqayisədə dəyişir.Bu dövrə məxsus olan qabların əyri dimdik formalı lüləyi uzunvari üfüqi formaya çevrilir.
Goytəpədən metal əşya yalnız dəmir qılınc dəstəyinin bir hissəsi tapılmışdır.Boz daşdan yonulmuş,yanlarnda heroqlif işarələri olan heyvan fiqurları göytəpə üçün səciyyəvidir.T.Berton Braun Qafqaz və Aralıq dənizi materialları ilə müqayisə edirdi.
Tarix: 27.01.2015 / 18:35 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi