Paxıllıq hər bir insanı bulaşdıra biləcək mənfi xüsusiyyətdir, xəbislikdir. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, paxıllıq hamıya sirayət edə bilər.
İnsanlar paxıllığın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Ancaq danılmaz bir faktdır ki, qadınlar kişilərlə müqayisədə daha çox paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların “ayrılmaz hissəsi”dir.
Qadınlar kişilərə nisbətən daha eqoist, paxıl olur, çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Amma bu, o demək deyil ki, kişilər paxıl olmurlar. Hər bir insanda paxıllıq hissi azacıq və müvəqqəti olsa da mövcuddur. Çoxları paxıllığı xudbinliklə və ya qibtə ilə qarışdırırlar. Xudbinlik kibrdir, başqalarına yuxarıdan aşağı baxmadır. Qibtə etməyin isə zərəri yoxdur. Hər kəs qibtə edə bilər. Dediyimiz kimi, bunun insana zərəri yoxdur. Paxıllıq isə insana hər tərəfdən zərbə vurur, insanlıq hisslərini oldürür. Paxıllıq bir adət, “xəstəlik” halını alarsa, daha təhlükəlidir. Bir sözlə paxıllıq psixoloji və sosioloji bəladır. İnsanın insana paxıllığı sonda kinə və ya müsbət mənada rəqabətə çevrilə bilir. Kinə çevrilmiş paxıllıq fəlakətə, müsbət rəqabətə çevrilən paxıllıq isə tərəqqiyə səbəb olur.
Paxıllıq ilk öncə gözlərdən, daha sonra hərəkətlərdən və danışıqlardan bəlli olur.
Paxıllıqdan betər dərd, yandırıcı od ola bilməz. Paxıl adam heç vaxt rahatlıq tapmır; öz kədəri və başqalarının fərəhi ona dərd olur.
Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir.
Bu hal insanlığın ən pis xüsusiyyətlərindən biridir. Əzab çəkmək istəmirsənsə, paxıl olma.
İnsan istəyərsə, hər şeyə nail ola bilər, yetər ki, bir şeyi istəsin.
Çalışaq, heç zaman kiminsə paxıllığını çəkməyək. Kimin nəyi varsa, özünə qismət, hər şeyi verən də, alan da Allahdır.
Tarix: 27.11.2014 / 11:48 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Ümumi Psixologiya