Araukaninin istilası -hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862-1886 cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir.
Avropalıların ilk gəlişi
Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk imperiyasına qarşı mübarizə aparmışdır.Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukani müharibəsi kimi düşür. XVI əsrdən başlanan müharibə XIX qədər davam etmişdir.İspanlar bir nəticə əldə edə bilmirlər. Buna baxmayaraq araukanının ucqar şimal hissəsi işğal edilsədə , XVIII əsrdən yenidən azad edilir.Elə həmin dövrdən ispanlarla yerli Mapuce gəbilə başçıları arasında iqtisadi və mədəni əlaqələr qurulur. Bundan sonra demək olar ki, böyük toquşmalar baş vermir. Hətta qubernator Ambrosini O'Xiqqins XVIII əsrin sonlarında bir necə qəbilə başçı ilə onların torpaqlarını İspan krallığına birləşdirilməsi haqqında razılıqda imzalanır. Ancaq onlar daxili müstəqilliyini qoruyub salayırdılar.Vəziyyət 1817-ci ildən dəyişir belə ki, Çili artiq müstəqil dövlətə çevrilir. Bunda sonra uzun zaman Çili bu məsələyə demək olar ki, fikir vermir. 1845-ci ildə Magellan boğazında limanın tikintisində artıq bölgəyə müdaxilə etməli olur.Üstəlik XIX əsrdə avropadan çoxlu sayda immiqrantın Çiliyə gəlməsi hökuməti yeni torpaqların istifadəyə verməyə vadar edirdi. Bu isə Mapuce qəbiləsinin torpaqları hesabına baş verirdi ki ,bu da yeni toqquşmalara səbəb olurdu.Buna baxmayaraq Çili prezidenti Manuel Martin 1852-ci ildə yeni vilayyətin uaranması haqqında fərman verir. Faktiki olaraq isə bölgə Çilinin nəzarətində deyildi.Araukani torpaqları Biobio çayı şimaldan ,Tollen çayı isə cənubda onun sərhədini təşkil edirdi.
Arakuani və Pataqoniya krallığı
1860-cı ildə Peresa Maskuanonun dönəmində fransız vəkil,tacır və fırıldaqcı Oreli Antuan de Tuman bir necə qəbilə başçısının dəstəyi ilə bölgədə Pataqoniya və Araukani krallığı yaradır. Tanınması üçün Napoleona müraciyyət edir. Buna cavab olaraq Maskuano general Karnelio Saaverde Rodrigesə hindulara qarşı aktiv müharibəyə başlamağı əmr edir. Ancaq hücumdan öncə məsələni diplomatik yollla həlli yolunun sınaqdan keçirməyi məsləhət görür. Qəbilə başçılarına müraciyyət edilərək bölgəni mədəniləşdirməyə maniə olmamasını istəyirlər. Bölgədə dəmir və adi yolların çəkilməsi ,xəstəxana və məktəblərin tikilməsi nəzərdə tutulurdu.Bir müddət sonra Çili qoşunu Pataqoniya və Arakuani kralığının ərazisinə,daxil olaraq Tumanı həbs edirlər. Sonradan o pisixoloji dispanserə yatırılır, sonradan isə Fransaya qaytarılır ki, oradada ölür.
İlk istila
İlk istila hərəkatı Saaverdin başçılığı ilə başladılır və 1862-1869 cu illəri əhatə edir.
Tarix: 18.02.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 272 Bölmə: Ölkələrinə görə tarix