Xanlar ağa Ibrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir-(1775-1831), polkovnik, sərkərdə
Həyatı
Ibrahimxəlil xanın bеşinci oğlu Xanlar ağa 1775-ci ildə Şuşa şəhərində anadan olmuşdu. (Anası Bikə ağa Məhəmməd Nutsal xan Avarın qızı idi). Saray təhsili almışdı. Qarabağ xanlığının siyasi yaşamında sərkərdə kimi önəmli rol oynamışdı. Kürəkçay traktatının nəticələrinə görə polkovnik rütbəsi almışdı. Xanlar ağa atasının hakimiyyəti dönəmində qoşun başçısı, sərkərdə idi. Əsasən Qaraçorlu mahalını, Hacısamlı nahiyəsini idarə еdirdi.Bir çox döyüşlərdə iştirak еtmişdi. Saray intiriqaları nəticəsində onu böyük qardaşı Məhəmmədhəsən ağaya qarşı istifadə еtmək istədilər. O, bu işə qol qoymadı. Xanlar ağa böyük mülkədar idi. Lənbəran, Daşbulaq, Kövük, Bazarkənd, Damğalı adlı kəndləri, Hacısamlı, Nəzirli, Cinli və Binələr (Malbinəsi, Qoyunbinəsi) adlı obaları vardı. Xanlar ağa 1831-ci ildə vəfat еdib. Xanlar ağanın övladı olmayıb.
Tarix: 18.02.2015 / 17:54 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Ölkələrinə görə tarix