Paraqvay vətəndaş müharibəsi (1947) isp. Guerra civil Paraguaya de 1947 və ya Quarrani ingilabı .Hərbi konfilikt siyasi-ictimayi qüvvələrin toqquşması nəticəsində 1947- ci illin mart və avqust ayları ərzində baş verir.
Konfiliktən öncəki vəziyyət
1940-ci ildə Hurinyo Moriniqo hakimiyyətə gəlir.O konsitutsiyanın ləğvi və siyasi partiyalatın fəsliyyətinə qadağa qoyur.Prezidentın bu addımı ölkədə kütləvi tətillərə,itayətsizliklərə və tələbə cıxışlarına səbəb olur.Asunsonda 1944-cı ilin fevral və aprel aylarında kütləvi tətillər baş verir.1945-ci ildə Moriniqo həmkarlar ittifaqının üzərinə hər işçinin maaşinin 3% Dövlət sosial təminat fonduna verməsi haqqında fərman verir.Ölkə itayətsizliklər girdabına düşür.Ancaq cıxışlar qəddarlıqla yatırılır və cıxışçılar Cakoda yerləşən düşərgələrə göndərilir (700 nəfər).Bu cıxışlar Moriniqonu müəyyən geri addım atmağa məcbur olur.Belə ki bir çox partiyaların fəaliyyətinə icazə verilir.Leyboristlər və Febreristlər partiyasın fəaliyyəti leqallaşır.Həmcini dövlət orqanlarında işləyən və nasistlərə meyl edən şəxslər dövlət idarəçiliyindən uzaqlaşdırılır.Söz azadlığı bərpa edilir.Kolorado və Febreristlər müştərək ölkəni idarə edir.1946-ci ildə Moniriqo vədləri tam yerinə yetirmir.1946-ci ilin Moriniqo və Kolorado partiyası ilə <
Müharibə
8 mart 1947-ci ildə Konsenson və Cakoda yerləşən qüvvələr müxalifətə dəstək verir.Müvvəqəti hökumət yaradılır.Onun başçısı polkovnik Vilaqra seçilir.Üsyançılar demakratik təsisatlar və azad seçgilər tələb edirdilər.Döyüş bölgəsinə hər iki tərəf özarsenalında olan güvvələrini yeridirlər.Bu toqquşmalar 5 ay müddətində davam edir.Üsyançılar hökümət qüvvələrinə ağır zərbə vurur və paytaxta qədər gəlsədə sonda məğlub olurlar.Məğlubiyyatın əsas səbəbi üsyançıların rəhbərliklərində birliyin olmaması və rəhbərlik üstündə gedən mübarizə idi.Moniriqo hökümətinə Argentina və ABŞın maddi və hərbi yardınıda az təsir göstərmədi.Hətta dövlət tərəfində vuruşan kavalerlər eskadronuna ABŞ hərbi ataşesi rəhbərlik edirdi.
Nəticə
Kolorado partiyası ölkədə tək partiya elan edilərək ,digər partiyaların fəaliyyətinə qadağa qoyulur. Bu müharibədə 55,000 insan ölür.Bunu 50,000 mülki vətəndaş təşkil edirdi.5,000 insan islah əmək düşərgələrində həbs edilir.150,000 insan ölkəni tərk edərək miqrantlara cevrilir.
Tarix: 18.02.2015 / 16:53 Müəllif: Feriska Baxılıb: 197 Bölmə: Ölkələrinə görə tarix