Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikolay Suxov

Nikolay Dmitriyeviç Suxov (d. 8 avqust, 1914, Rusiya – ö. 26 oktyabr, 1983, Soçi) — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944)Həyatı
Nikolay Suxov 8 avqust 1914-cü ildə Rusiyanın Saratov vilayətinin Volsk şəhərində rus ailəsində anadan olub. 1937-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya kapitanı 1940-cı ildə Odessa Hərbi Aviasiya məktəbini bitirmişdir. 1-ci Belarusiya Cəbhəsində 16-cı hərbi ordusunun 27-ci bombardımançı alayının eskadrilya komandirinin müavini olmuşdur. Belarusiyanın Qomel şəhərində düşmənin xeyli təyyarəsini məhv etmişdir. Stalinqrad, Xarkov, Bobruysk, Oryol və Polşadakı döyüşlərdə iştirak etmişdir.

1 iyul 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən sonra təhlükəsizlik orqanlarında işləmişdir.

Krasnodar diyarının Soçi şəhərində yaşamışdır. 26 oktyabr 1983-cü ildə Soçidə vəfat etmişdir.


Tarix: 16.02.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 116 Bölmə: Ölkələrinə görə tarix
loading...