Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Bəkr əl-Bağdadi

Əbu Bəkr əl-Bağdadi (ərəb. أبو بكر البغدادي‎‎) — İraq və Şam İslam Dövləti (Hal-hazırda İslam xilafəti) əmiri.

Digər adları
Dr. İbrahim
Əbu Dua
İbrahim Əvvad İbrahim Əli əl-Bədri əl-Səmərrai


Həyatı
Əsl adı İbrahim Əvvad İbrahim Əli əl-Bədri olan Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində dünyaya göz açmışdır.Əbu Bəkir əl Bağdadnin soy silsiləsi Məhəmməd peyğəmbərə (s.a.s) dayanır:

Əbu Bəkir əl Bağdadi min Armuş min Əli min id min Bədri min Bədrüddin min Halil min Huseyin bin Abdullah bin İbrahim əl Əvah Min şərif Yahya İzeddin min şərif Bəşir min Macid min Ətiyyə min Yala min Davud bin Macid bin Əbdürrəhman bin Qasım min şərif İdris min Cəfər əz-Zəki ibn Əli əl-Hadi bin Muhəmməd əl-Cavad ibn Əli ər-Rida min Musa əl-Kazim min Cəfər əs-Saadik min Məhəmməd əl-Mis min Zeynel Abidin ibn Hüseyn ibn Əli ibn Əbu Talib və Fatimə binti Məhəmməd Rəsulullah (sallallahu əleyhi va səlləm)2010-cu ildən bəri keçmiş İraq əl-Qaidəsi adıyla tanınan İraq və Şam İslam Dövləti qruplaşmasının lideri olmuşdur. Hal -hazırda İslam dövlətinin xəlifəsidir

Ailə vəziyyəti: Evlidir

Səddam Hüseyn dönəmi İraqda Səmərradakı Əhməd bin Hənbəli məscidində məscid imamı olan Bağdadi sonradan Bağdaddakı Əl Kubeysi məscidində də imamlıq elədi. Özü dindar bir ailədən gəlir. Qardaşları və əmiləri arasında vaizlər və Ərəb dili və ərəb söz elmi professorları var.

2003-cü ildə Fəllucə şəhərindəki məscidlərin birində məscid imamı və xəttab olan Bağdadinin Tikrit Universitetində professorluq elədiyi, İslami Elmlər üzrə doktorantura üzrə elmlər namizədi olduğu da bildirilir.Əbu Bəkir əl Bağdadi, Bağdad İslam Universitetində müəllimlik və təlimçilik etmiş və çox məşhur bir vaiz olaraq bilinir. Özü Bağdad İslam universiteti məzunudur və akademik səviyyədə (lisenziya, yüksək lisenziya və doktarantura) təhsil almışdır. İslam mədəniyyəti, şəriət elmləri və fiqhdə vaiz və alim olaraq bilinir.


Doktor Bağdadi bəlağət sahibi olan, qüvvətli bir dilə,səlist nitqə,iti bir zəkaya və bəsirət sahibli bir şəxsiyyətdir. Ayrıca İslam dövlətin əvvəlki əmrlərinin xüsusiyyətlərini özündə toplamışdır. Belə ki, Əbu Ömər əl Bağdadiyə soyuqqanlılığından, şəxsiyyətindən, Əbu Əyyub əl Masrinin isə zəkiliyindən və cəsarətindən pay almışdır.


Xəlifə Bağdadinin təhlükəsizlik və hərbi təcrübəsi, son 9 ildə etdiyi döyüşlər, hücumlar və geri çəkilmələr nəticəsində daha da inkişaf etdi. Müsəlmanları döyüşə təşviq etdi və şəxsən özü müharibədə iştirak etdi, tutuldu və sərbəst buraxıldı. Bir çox döyüşə qatılan Doktor Dua, camaatlar qurdu və camaatların qurulmasına köməkçi oldu. Sonra 'Meclisul Şura əl Mücahidin' camaatına və bir şura məclisi üzvü olaraq İraq İslam Dövlətinə qatıldı


16 may 2010-cu ildə nəşr etdiyi rəsmi bəyanat ilə özünü İslam dövlətinin əmiri olaraq elan etdi. Bu mövqeyə çatana qədər bir sıra mərhələlərdən keçən Doktor Dua, bu vəzifəyə layiq vəziyyətə gəldi.İslam Dövlətinin elan edilməsindən sonra vilayətlərdəki şəriət nümayəndə heyətlərinin ümumi başçılığına gətirildi və İslam dövlətinin Şura Məclisinin bir üzvü oldu. Doktor Dua, Samarra'da olan tayfaların İslam dövlətinin keçmiş lideri olan Əbu Ömər əl Bağdadiyə beyət etməsində təsirli bir rol oynadı və öz tayfasının Dövlətə beyətinə şəxsən qatıldı.


Bir audio müracətində əl-Bağdadi mesaj verdiki,Roma və İspaniynı fəth edəcəyik,həmdə Avropada İslam dövləti qurmaq üçün qərbə yürüş edəcəyini açıqladı.Keçmiş böyük İslam xilafətini berpa edəcəklərini bildirdi. O, həmçinin dünyadakı müsəlmanları İslam Dövlətinə köç etməyə cağırdı.İyulun 5-i 2014-ci ildə Şimali İraqı azad etdiktdən sonra Mosulda Əl-Nuri Ulu Məscidində görüntülü video xütbəsi yayıldı.


ABŞ Dövlət Departamenti 4 oktyabr 2011-ci il tarixində Əbu Bəkr əl-Bağdadi haqqında informasiya verən, ölü, ya dirisini gətirən şəxsə 10 milyon dollar mükafat veriləcəyini bildirmişdi.

Lənət olsun Bağdadiyə== Həbs xəbəri == 2 dekabr 2012-ci il tarixində İraq rəsmiləri Bağdadinin həbs olunduğu haqqında məlumat yaysalar da, sonradan həbs olunmuş şəxsin Əbu Bəkr əl-Bağdadi yox, başqa bir önəmli İraq Əl-Qaidəsi üzvü olduğunu bildirdilər.


Tarix: 18.02.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 256 Bölmə: Ölkələrinə görə tarix
loading...