Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Həyatı
Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub.
Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb.
Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi.
Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. O, sentyabrın 12-dən Müdafiə Nazirliyinin hərbi hospitalında, reanimasiya şöbəsində müalicə olunurmuş.
Tarix: 18.02.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 173 Bölmə: Ölkələrinə görə tarix