Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sakit okeanı müharibəsi

Sakit okeanı müharibəsi — 1879 - 1884-cü illərdə, Çili, Peru və Boliviya arasında Region Arica y Parinacota, Region de Tarapaca və Region de Atacama əraziləri uğrunda aparılmış müharibə.Müharibədən önçə Peru və Boliviya gizli anlaşma ilə Çiliyə qarşı ittifaq imzaladılar.Çilinin vəziyyəti bu ərəfədə heçdə yaxşı deyildi beləki, o uzun zaman ölkənin cənubunda onlara baş əyməyən hindulara qarşıda vuruşurdu. Bu müharibə Araukaninin iştilasında müəyyən durğunluq yaratmasına səbəb olur.

Müharibə öncəsi vəziyyət
1810-1830 cu illərdə İspaniyanın kolniyalarındakı hökmranlığı Cənubi Amerikada yavaş-yavaş sona catması ilə bölgədə Qurtuluşunu yeni elan edilən Çili 1817,Boliviya 1825,Peru 1827 ölkələri Sakit Okean sahillərinə sahib ücün mübarizə başlayır.Boliviya daha öncə İspaniyanın müyyənləşdirdiyi sərhədin yeni qurulan dövlətlərin sərhədləri olaraq müəyyənləşməsini qəbul etmir. Boliviya 1825 ci ildən məskunlaşması az olan səhra bölgəsini öz ölkə topaqlarının bir parcası olaraq görürdü.1830 ildə bu bölgədə sahil şəhəri Kobijanı inşa edirlər.O dönəmdə Çili höküməti bu olaya hec bir təpgi göstərmir.Çili hec bir müdaxilə etməsədə bölgə əhalisinin 95% buranı Çili torpağı olaraq görürdü.Buna səbəb koloniya dönəmində Çili və Peru arasında sərhəd cizgilərinin dəqiq müəyyənləşməsi idi.Alto Peru (Boliviya) koloniya dönəmində dənizə bağlantısı Peruya bağlı Arica bölgəsi üzərində göstərilirdi.Digər arqument isə 1776 Alto Peru bölgəsi yeri qurulan yeni qurulan La-Plata (Argentina) Krallığına verilməsi idi.Bu bölgü Boliviyanı Sakit okeanına deyil,Atlantik okeanı kralığı olaraq müəyyənləşdirdi.Bu səbəbdən Boliviyanın Sakit okeanına cıxışına hec bir haqqı olmaması irəli sürülürdü.Bunlara rəğmən bölgə ilk dönəmlərdə tərəflər arasında bir gərginlik yaşanmasa da bu 1860-cı illərdə o bölgədə çox miqdarda Nitrat tapılması ilə bağlı vəziyyət dəyişir.Gübrə və partlayıcı maddə hazırlanmasında çox dəyərli bir maddə olması bölgəyə marağı artırırdı.



Sərhəd anlaşması
1866 və 1874 illərdə Boliviya və Çili arasında sərhəd anlaşmaları,imzalanır.Bu anlaşmaya görə 24 cü paralelindən şimalında yerləşən torpaqlar Boliviyaya güzəştə gedilir.Tək şərt Boliviya bu anlaşmaya əsasən bölgədə öz torpaqlarında qalan və burada fəaliyyət göstəcək Çili firmalarına 25 il boyunca vergi alınmamalı idi.

Müharibəni doğuran səbəblər
Bu dönəmdə Peru yaxın bölgə Guanodan gübrə cıxarırdı .Təbii ehtiyyatlar Perunun iqtisadi dircəlişinə səbəb olurdu.Peru 1877-ci ildə çox cətin bir dönəmə girmişdi.Guano gübrəsinə olan tələb azalmışdı və bunun sonucunda 650.000 ton gübrə limanlarda qalaqlanmışdı.1873 cü ildə Peru və Boliviya arasında Çiliyə qarşı ittifaq bağlanılır .Şərtlərinə görə Çili istilasına qarşı birgə mübarizə nəzərdə tutulurdu.Argentina bu birliyə qoşulmağa cəht etsədə hec bir nəticə vermirdi.1877 ci ildə okean sahillində meydana gələn zəlzələ sahil bölgəsində dəhşətli fəsatlara səbəb oldu.Dəymiş zərəri bölgənin yenidən qurulmasını təşkil etmək üçün gərəkli qaynağın olmaması səbəbindən Hilarion Dazanın başçılıq etdiyi hökümət əvvəl imzalanmış anlaşmanı pozaraq 1878-ci ildən nitratın hər 50 kq-a 10 Centavos alınması qərarlaşdırdı.Çili bu qərara öz etiraz etdi və qarşı tərəfin anlaşmanı pozduğunu bildirdi.1879 yanvarında qiymətlərin qaldırılması və bu qiymətin 1874 ci ildən hesablanacağını bildirdikdə Çili şirkətləri pul ödəməkdən imtina etdilər.Fevral ayında Boliviya mədənləri şirkətlərdən zorla alınaraq baha qiymətə alanlara satacağını həyata kecirməyə başladı.

Müharibənin başlaması
Bu olaylara cavab olaraq imzalanmış anlaşmanı tanımadığını bildirdi və 1879 ilin fevralın 14 də Antafaqasta sahil şəhərini işğal etdi.Şəhər əhalisinin cəmi 5% Bolivyalı olması ilə əlaqədar ordu hec bir təpgi görmədi.Bunun üzərini Bolivya 1mart tarixində Çiliyə müharibə elan etdi.Çili 5 apreldə qarşılıq olaraq Boliviyaya müharibə elan etdi.Perunun birtərəfliyi rədd etməsi üzəsinə Çili Peruya müharibə elan edir.Çili ordusu 16 min əsgərə malik oduğu halda Bolivya 2300,Peru 6000 orduya malik idi.Bolivya diktatoru Daza-nın Peruya dəstək verməsi səbəbi ilə əsgəri birlikləri Atakama səhrasını keçməyə cəhd etməsi uğursuzluğa uğrayaraq ölməkdən son anda qurtularaq geri qayıtmağa vadar olur.Bu uğursuzluq Daza hökümətinin hakimiyyətdən getməsinə səbəb oldu.Antafaqastanın işğalı ilə başlanan müharibə dənizdə və quruda şiddətli toqquşmalara və bununla bağlı böyük itgilərə səbəb olur.Dənizdə Çili ordusu böyük naliyyətlər əldə edərək demək olar ki,Peru donanmasını darmadağın edərək dənizdən dəhliz açmış və işğal yollarını özü üçün asanlaşdırmışdır.Quruda isə Çili Tarapaka ,Moquegua,Lima və Huamachuko ərazilərinə hərbi yürüşləri təşkil edir.Perunun cənub bölgələrini qorumalı olan ordu tamamən dağıldığından artıq müharibənin Çilinin lehinə bitdiyini göstərirdi.Müharibənin gedişində İngiltərə Çiliyə dəfələrlə yardım göstərirdi.Buna qarşılıq ABŞ digər tərəfə yardım edəcəyinə söz verir.Çili ordusu 1881-ci ildə Perunun paytaxtı Limanı işğal edir.
Müharibənin nətiçələri
Peru hökuməti bu yaşananlardan sonra Tacna və Tarapaka bölgəsini Çiliyə güzəşdə gedməsini nəzərdə tutan təslim olmanı qəbul etdi.20 iyun 1883 -ci ildə Anson anlaşmasını imzaladı.Şərtlərə görə Çili Peruya bağlı Tarapaka bölgəsinin sahibi olur və ayrıca Tacna vilayətini 50 il nəzarətində saxlayırdı.1884-ci illin 4 aprelində Çili və Boliviya arasında Valporaiso anlaşmasını imzaladı.Bu anlaşmaya əsasən sahil bölgəsi olan Antofaqastanı Çiliyə verilir və bunulada Boliviya dənizə cıxışı itirir.Boliviya artıq materik daxili ölkəyə cevrilir.1904-cü ildə Barışıq anlaşmasına əsasən Boliviya Atakama səhrası bölgəsinin Çiliyə aid olduğunu qəbul edir . Buna qarşılıq olaraq Arica və Atofaqasta limanlarına vergisiz cıxış izni verir.Ayrıca olaraq Aricanı paytaxt şəhəri olan La Pasla birləşdirən dəmir yolu çəkməsinə icazə verir.1929-cu ildə son düzənləmələrə görə Çilinin nəzarətində olan iki şəhərdən (Arica və Tacna) Arica tamamən Çiliyə aid edilir.Tacna isə Peruya qaytarılır.

Son vəziyyət
Bu müharibə nəticəsində Çili önəmli nitrat yatağlarına sahib olmuşdu.Bir müddət sonra sintetik gübrənin kəşfi yatağları əhəmiyyətsiz etsədə Atakama səhrasında yeni digər maddələr aşkarlanması Çilinin varlanmasına səbəb olurdu.Boliviya dənizə dəhliz olmasını tələb edirdi Anson anlaşmasına görə bu kalidor Peru torpaqları hesabına təmin edilirdi .Bu da tərəflər arasında anlaşılmazlıqlara görə cətinliklər yaradır.Çili isə artıq heckimə torpaq verməyəcəyini bildirdi .1978-ci ildə Boliviya Çili ilə bütün diklomatik əlaqələrini kəsir.Boliviya hətta Argentinaya satdığı qazı Çiliyə ötürülməsinə qadağa qoyur.Boliviya bu günki iqtisadi cətinliyi dənizə cıxışının olmaması ilə əlaqələndirir.


Tarix: 17.02.2015 / 17:13 Müəllif: Feriska Baxılıb: 238 Bölmə: Ölkələrinə görə tarix
loading...