Peru istiqlal müharibəsi isp. Guerra de İndependencia de Perú.Peru vitse kralığı və Yuxarı Peru (indiki Peru,Boliviya və Çili ,Argentinanın bir hissəsi) baş verən və İspan ağalığına qarşı Cənubi Amerikada azadlıq müharibəsinin bir hissəsidir.
Öncəki vəziyyət
Azadlıq uğrunda hərəkat Napoleonun İspaniyanı işğalı və ingilis donanmasının İspaniyanı hühasirədə saxlamasından sonra daha geniş xarakter alır.Peru varlı torpaq sahibləri və istehsalçı güvvələr,mədın sahibləri hərəkatın başında dururdular.Onlar hüquqi cəhətdən İspaniyanı dəstəkləyirdilər.Buna səbəb isə ərazilərdə baş verən hindu müharibələri idi ki bunda Tupak AnaruIInun 1780-1781 ci illərdəki üsyanını göstərmək olar.Üstəlik iqtisadi maraqlar,Çili və Argentina ilə iqtisadi rəqabət rüzum yaradırdı.Bu üsyanlar 1812-ci ildə Uanuko və 1814-1816 cı illərdə Kuskoda baş vermişdir.Hətta Buenos Ayres tərəfindən dəstəklənməsinə baxmayaraq üsyanlar asanlıqla yatırılmışdır.
Azadlığın əldə edilməsi
Azadlıq hərəkatında əsas dönüş Peru vitse kralığının ərazisinə cənubdan Xose San Martin (1820-1823),şimaldan isə Simon Bolivarın (1824) yürüşü mühün rol oynamışdır.Xose San Martin 1818-ci ildə And dağlarını keçərək Peruya gəlir və royalistlərin kiçik ordusunu Maypuda məğlub edir. 1820-ildə isə dənizdən Perunun cənubuna istiqamətlənir və Limanı tutur.Bundan sonra 28 iyun 1821-ci ildə Perunun müstəqilliyi elan edilir.Bununla belə müharibə hələ bitmir,şimaldan gələn Simon Bolivarın ordusu Ayakuço döyüşündə qalibiyyətdən sonra müharibə bitir.
Nəticə
Müharibədən sonra hakimiyyət Kaudiloların əlinə keçir,qurtuluşdanç sonra 75 il ərzində hərbiçilərin əlində olur.1825-ci ildə Yuxarı Peru Perudan ayrılaraq müstəqil Boliviya dövləti olur.1836-cı ildə iki dövlət birləşərək Boliviya-Peru Konfederasiyasını yaradırlar.Çili ilə baş verən Boliviya-Peru Konfederasiyasına qarşı müharibədə konfederasiya dağılır və iki dövlət yaranır.
Tarix: 18.02.2015 / 16:53 Müəllif: Feriska Baxılıb: 110 Bölmə: Ölkələrinə görə tarix