İvan Nikolayeviç Abxazov-(1764-1832), knyaz, general-mayor
Həyatı
O, Tiflisdə knyaz ailəsində anadan olmuşdur. Atası da çara sədaqətli xidməti ilə "şöhrət" qazanmışdı. Atası oğlunun gələcəkdə yaxşı bir zabit olacağı ümidilə onu Tiflisdəki hərbi məktəbə vermişdi. O, əvvəlcə general A. P. Yermolovun, sonra isə İ. F. Paskeviçin yanında qulluq etmiş, onların xarakterində mövcud olan bir çox keyfiyyətləri əxz etmişdi.
İ. N. Abxazov rus qoşunlarının Azərbaycana işğalçı yürüşlərinin demək olar bir çoxunda iştirak etmişdi. Müharibələrdə öz sələflərindən heç də geri qalmırdı. İnsan qanı axıtmaqda, işğalçılıqda mahir usta idi.
İ. N. Abxazov polkovnik rütbəsində olduğu vaxt, daha yeni bir vəzifə aldı. O, Qafqazda müsəlman əyalətləri idarəsinin başçısı təyin olundu. Yeni vəzifəyə görə Qafqaz canişininə minnətdarlığını bildirdi. Beləliklə, o böyük səlahiyyətə malik oldu. İ. N. Abxazov bu vəzifəyə təyin olunan kimi, Azərbaycanı soyub talamaq, sərvətlərinə sahib olmaq üçün planlar hazırlamağa başladı. Hətta bu məqsədlə bəzi sərəncamlar da verdi. Həmin sərəncamların birində yazılmışdı: "Nəyin hesabına olursa-olsun burada ciddi nəzarət olmalıdır. Azərbaycanda xalqlara sərbəstlik verilməlidir".
Hiyləgər general əhali ilə davranırdı ki, onun hərəkətləri çox vaxt narazılıq doğurmurdu. Böyük "məharətlə" istədiyinə nail olurdu. O, hətta hiyləgərcəsinə əhalinin etimadını da qazanmağa cəhd edirdi. Məktubların birində qeyd edirdi: "Çalışmaq lazımdır ki, Qarabağ əhalisinin Rusiyaya marağı artsın. Onların arasından kifayət qədər süvari dəstəyə cəlb etmək lazımdır". Knyazin hərəkətləri yerlərdə məmurlara daha geniş imkanlar açırdı. Onlar daha da vəhşi tədbirlərə atırdılar. Bu isə ahaliyə ikiqat əzab verirdi. Onlar əhalidən istədiyi miqdarda vergilər alır, hər cür əziyyər verməkdən çıkinmirdilər. Xalq demək olar öz sərvətlərindən istifadə etməkdən məhrum idi.
Çar üsul-idarəsi Abxazovun bu əməllərini yüksək qiymətləndirərək qısa vaxt ərzində ona general rütbəsi də verdi. Bu ona yeni "şöhrət" gətirdi. Bundan ruhlanan general Azərbaycanın bütün nöqtələrini gəzməyə çıxdı. Onun bu səfərləri xalqa baha başa gəlirdi. Rus imperiyası sanki öz generalının hər bir vəhşi hərəkətini orden və medallara layiq görürdü. Tezliklə ona daha konkret vəzifə həvalə edildi. O, Qarabağ, Şirvan, Şəki əyalətləri üzrə hakim təyin olundu. Vaxtilə bu vəzifədə erməni generalı V. Q. Madatov çalışırdı. İ. N. Abxazov bu vəzifəyə təyin olunan kimi hər tərəfdən ermənilərin əhatəsinə düşdü. Ermənilərin fitvası ilə elə bir vəziyyət yarandı ki, Qarabağ xanı Mehdiqulu xan onun təhriki ilə hakimiyyətdən uzaqlaşmalı oldu. Mehdiqulu xan Tərtərə gəldi. Ordan isə Məlik Vanyanın xəbərçiliyi əlindən İrəvana getdi, orada çox qalmayıb İrana yola düşdü. Knyaz Abxazov, Qarabağ, Şirvan və Şəki əyalətlərini idarə etməklə kifayətlənmirdi. O bütün Azərbaycanın işlərinə müdaxilə edirdi, həmişə də ali baş komandan və canişindən bu işdə kömək görürdü. Onun hərəkətləri Tiflisdə canişinləri təmin edirdi. Çünki bütün varlığı ilə Rusiya imperiyasına bağlı olan bu knyaz yalnız canişinin planı əsasında işləyirdi. 1827-ci ilin may ayında İ. F. Paskeviç ona yazırdı: "Azərbaycanda xanlıq hakimiyyətindən narazı olan qüvvələrlə əlaqəni möhkəmlətməyə, Təbriz əhalisinin də Rusiyaya meylini artırmağa çalışmaq lazımdır".
Bu kimi göstərişlə Abxazova daha geniş fəliyyət göstərməyə imkan verirdi. Həddən çox hiyləgər olan İ. Abxazov ciddi tədbirlərə əl atırdı. O, hətta gələcək planlarının həyata keçirilməsi naminə Qarabağdan getmiş Mehdiqulu xanla da əlaqə yaratmışdı. Mehdiqulu xana verdiyi müztəlif vədlər hesabına onu yoldan çıxarmışdı. Mehdiqulu xan yenidən Qarabağa gəlmişdi. Bu işin həlli Mirzə Adıgözəl bəyə tapşırılmışdı.
Görünür Mehdiqulu xanın Qarabağa qayıtması Rusiya imperiyasına gələcək məqsədlərinə don geydirmək üçün çox lazım imiş. Mirzə Adıgözəl bəy Qarabaği İrana getmiş, Mehdiqulu xan Cavanşir görüşmüş, vəziyyətlə onu tanış etmişdi. Bu barədə general İ. F. Paskeviç 1827-ci il iyunun 12-də qərərgah rəisi qraf Dibiçə aşağıdakı məlumatı çatdırmışdı: "Danışıqların müvəffəqiyyəti və Mehdiqulu xanın bizim tərəfimizə keçməsi haqqındakı xəbəri zati-alinizin hüzuruna çatdırmağı özümə şərəf hesab edirəm... Bu ayın 8-də mən Qarabağdan məlumat aldım ki, xan oraya qayıtmışdır. Onun arxasında Daralagözdən bizim sərhədlərimizə 3 min köçəri ailəsi köçmüşdür... Mehdiqulu xanın Qarabağa köçürülməsindən əldə edilən mənfəətlər olduqca mühümdür:
1. Keçmiş hakimlərinin (Mehdiqulu xanın) alçaldılmasına narazılıqla baxan sərhəd boyundakı adamların tərddüdlüyünə son qoyuldu. O, sərhəd yaxınlığında olmaqla köhnə əlaqələrindən istifadə edərək istədiyi vaxt onu qəbul etmiş olan İranın mənafeyi naminə çıxışlar və aramızda özünə fəal tərəfdarlar tapa bilərdi.
2. Bu tayfaların çox hissəsini Mehdiqulu xan öz ardınca Qarabağa gəlməyə rəğbətlənirdi. Düşmən artıq onlardan kömək gözləyə bilməz. Onlar 4 min ən yaxşı süvari verə bilərlər ki, bu da nəinki bizim üçün qorxu təşkil edə bilər, əksinə, onlar sərhədlərimizi mühafizə edərlər.
Göründüyü kimi Qarabağ xanı Mehdiqulunun Qarabağa gəlişi siyasət mahiyyəti daşıyırdı. Burada hakimiyyətə yenə də Abxazov başçılıq edirdi.
Knyaz İ. Abxazov Şirvan və Şəkidə də bir çox cinayətlər törədirdi. Sənədlərin birində yazılırdı ki, şirvanlılar o qədər əzab içində yaşayırdılar kiŞ onların adi yaşayışları belə yox idi. Qafqaz Arxeoloji Komissiyasının Aktlarında göstərilirdi ki, 1829-cu ildə Qarabağ və Şəki əyalətlərinin hər birindən ayrılıqda yalnız 24 min manat gümüş pul gəlir götürülür.
Şəki ipəyi də Rusiyaya aparılırdı. Belə ki, Abxazovun hakimiyyəti zamanı 14.000 pud Şəki ipəyi Rusiyaya daşınmamışdı. Rus tacirləri bu ipəyi xarici bazarlara çıxarır, böyük mənfəət əldə edirdilər. General İ. Abxazov Azərbaycanı soyub-talamaq və Rusiyaya göndərmək hesabına Qafqazın baş hakimi İ. F. Paskeviçin də etimadını qazanmışdı.
İ. F. Paskeviç Qafqazdan getdikdən sonra onun da vəzifə yeri də dəyişilmiş və xalqımıza min mir əzab-əziyyət vermək hesabına özünə yaxşı karyerə düzəltmiş bu general öz bəd əməllərini Osetiyada davam etdirməyə başladı.
Tarix: 18.02.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 341 Bölmə: Ölkələrinə görə tarix