Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrinarx Zavalişin

İrinarx İvanoviç Zavalişin (1769-1821)—Rusiya hərbçisi, şair, yazıçı.

Həyatı
İrinarx İvanoviç Zavalişin peşəkar hərbçi olmuş, tanınmış rus sərkərdəsi ən yaxın silahdaşlarından sayılırdı. O, Polşada quru qoşunlarının əməliyyatlarında, İsveçə qarşı hərbi-dəniz əməliyyatlarında, Hollandiyaya hərbi-dəniz reydində, Norman adalarına dəniz səfərində iştirak etmiş, ordu və donanmanın birləşmiş əməliyyatlarının keçirilməsində böyük təcrübəyə maliik idi. İ.Zavalişin 1803-cü ildə "Həştərxan hərbi rəisi, eləcə də Xəzər dənizindən Qara dənizə qədər Qafqaz xəttinin müfəttişi, Həştərxan kazak qoşunlarının rəisi, regionun bütün hərbi və dəniz qüvvələrinin komandanı" təyin edilmiş, Həştərxan qarnizon alayının şefi vəzifəsinə təsdiq olunmuşdur. Kapitan-leytenanr İ.Veselaqo dəniz hissəsi üzrə, podpolkovnik A.Asayev quru əməliyyatlar üzrə Zavalişinin müavinləri təyin edilmişdirlər. Donanmaya daxil olan hər bir hərbi gəminin öz topları var idi, ticarət gəmilərinə isə əıavə toplar qoyulmuşdu. Lakin Bakının qalası divarlarının qalınlığını nəzərə alaraq xüsusi mühasirə toplarının gətirilməsi sifariş olundu. Sarisından və Qazandan iki ədəd mortir topu yalnız may ayında Həştərxana gətirildiyindən, əməliyyatın başlanması yubadılırdı. Desant qüvvələri Qazan muşketyor alayının altı bölüyü, 16-cı yeger alayının dörd bölüyü və 4 səhra topundan ibarət idi. Nəhayət, iyunun 23-də rus eskadrası dənizə çıxdı.

İyulun 2-də Xəzər donanması İran sahilinə yaxınlaşdı, qısamüddətli döyüşdən sonra Ənzəli limanını zəbt etdi. İyulun 4-də desant üç saat davam edən döyüşdən sonra Pəri-Bazar şəhərini tutdu, buradan Sisianovun məktubunu Fətəli şaha göndərdi və Rəşt istiqamətində irəliləməyə başladı. İyulun 5-də Rəştin girəcəyində baş vermiş döyüşdə rus qoşunları güclü müqavimətlə rastlaşdıqlarını görərək geri çəkilməyə başladılar. Onlar bütün atlarını, bir topu itirmiş, canlı qüvvədə də itkilər vermişlər. Zavalişin Ənzəlidə möhkəmlənməyi planlaşdırırdı, lakin iyulun 8-də Pəri-Bazara 8 minlik İran süvari dəstəsi yaxınlaşdıqda, o, bütün qüvvələrini gəmilərə mindirib şəhəri tərk etməli oldu. Ölkənin hərbi imicinə xələl gətirməmək üçün məğlubiyyət qabardılmır, hətta İ.Zavalişinə Müqəddəs Anna ordeninin 1-ci dərəcəsi (almazlarla bəzədilmiş), podpolkovnik A.Asayevə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi təqdim olunmuşdur. Bununla belə, məğlubiyyət İ.Zavalişinin karyerasına mənfi təsir göstərmişdir. Bir müddət kölgədə qaıdıqdan sonra o, vəzifələrdən azad edilir, hərbi xidməti tərk edir, 1808-ci ildə isə nəqliyyat nazirliyinə işə götürülür, əyalət şəhərlərində (Tver, Simbirsk) yaşamağa məcbur olur. Suvorovun ən yaxın silahdaşı, peşəkar hərbiçi üçün bu böyük zərbə idi.

İyunun 23-də donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və Rəşti tutmaq üçün göstərilən uğursuz cəhtdən sonra rus eskadrası avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edilməsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq avqustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji məntəqələri tutuldu. İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək üçün şah sarayına müraciət etdi. İran tarixçisi Nəsir Nəcminin məlumatına görə, Abbas Mirzə Urmiyalı Əsgər xana Bakı xanına kömək üçün qoşunlarla birlikdə dərhal yola düşməyi əmr etdi. Qubalı Şeyxəli xan da Hüseynqulu xana köməklik etməyə hazırlaşırdı. General Zavalişin Bakıya - Hüseynqulu xana Urmiya və Qubadan köməyin yaxınlaşmasından qorxaraq qalanı ələ keçirmədən Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il fevralın əvvəllərində Sisianov artilleriyası olan böyük qoşun dəstəsi ilə Bakının iki kilometrliyində general Zavalişinin desant dəstəsi ilə birləşdi və Naxırbulaqda düşərgə saldı. Sisianov qalanın təslm edilməsini tələb etdi.


Tarix: 18.02.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 294 Bölmə: Ölkələrinə görə tarix
loading...