Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lomonosov (şəhər) - Gerb və bayraq

Şəhərin gerbi İmperatriça II Yekaterina tərəfindən 7 may 1780-ci ildə təsdiq edilmişdir. Bunun səbəbi, o dövrdə saray slobodasının şəhərə çevrilməsi və eyniadlı mahalın mərkəzinə çevrilməsi idi. Gerbin üzərində narıncı (portağal) ağacı təsvir olunmuşdu:

"„Gümüş rəngli sahədə meyvəli narıncı ağacı“."
1859-cu ildə Oranienbaum gerbinin yeni layihəsi tərtib olunmuşdur:

"„Gümüş sahəsində qızıl meyvəli yaşıl ağac. Sərbəst hissədə Sankt-Peterburq vilayətinin gerbi. Qalxanın üstündə üç dişli qırmızı tac, yan hissələrdə isə Aleksandr lenti ilə bəzədilmiş çapraz iki qızıl lövbər“."
16 avqust 2007-ci il tarixli Lomonosov Bələdiyyə Şurasının 234 nömrəli qərarına əsasən, şəhər gerbin təsvirində, həmçinin burada əsasnamənin bəzi detal və mətnində korrektələr edilmişdir. Əsasnamənin mətnində gerbin təsviri:

Lomonosov bələdiyyəsinin heraldika-gerb təsviri: Gümüş rəngli sahədə, yaşıl yer üzündə tünd qırmızı budaqları, yaşıl yarpaqları və qızıl meyvələri olan narıncı ağacı.
Lomonosov bələdiyyəsinin gerb simvolikasının əsaslandırılması:
XVIII əsrin əvvəllərində Teiris mızasına (malikanəsinə) bitişik sahələr I Pyotr tərəfindən knyaz Aleksandr Menşikova hədiyyə edilmişdir. Gerbin simvolikasına dair daha çox əfsanəyə bənzəyən ən məşhur versiya isə ondan irəli gəlir ki, knyaz Menşikovun gələcək iqamətgahının ərazisində bir zamanlar portağal ağaclarının saxlandığı istixanalar yerləşirdi və orada hər bir ağacın üzərində "Oranienbaum" yazısı vardır. Başqa bir versiyaya inansaq, sarayın adı Almaniyadakı Oranienbaum şəhərindən götürülmüşdü. Nəhayət sonuncu versiyaya əsasən, saray İngiltərə kralı Vilhelm Oranlının şərəfinə adlandırılmışdı (I Pyotr bu şəxsə böyük ehtiram və rəğbət hissi duyurdu, cavan yaşlarında bu hisslər hətta ibadət dərəcəsinə çatmışdı). Aşağıda gerbin hazırlanması zamanı istifadə olunan rənglərin mənası (simvolikası) verilmişdi:

Gümüş - düşüncələrin təmizliyi, təqsirsizlik, kövrəklik, dürüstlük, alicənablıq, ümid, hikmət, sülh.
Qızıl - alilik, böyüklük, hörmət, şöhrət.
Yaşıllıq - sevinc, həyat, bolluq, təbiətin dirçəliş rəmzi.
Müəllif qrupu:
gerbin rekonstruksiyası: Konstantin Sergeyeviç Başkirov, simvolikanın əsaslandırılması: Svetlana Yuryevna Şteynbax»


Tarix: 16.02.2015 / 18:41 Müəllif: Feriska Baxılıb: 308 Bölmə: Ölkələrinə görə tarix
loading...