beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Donuz qripi haqqında nələri bilməliyik?

Meksikadan çox böyük bir sürətlə yayılan və dünyanı qorxuya salan donuz qripi (H1N1) A virusu adı verilən bu xəstəlik insandan-insana təmas vasitəsi və hava damcı vasitəsilə keçmə qabiliyyətinə malikdir. Həkimlər hər gün bu xəstəliyə qarşı insanları diqqətli olmağa xəstəliyin ilkin əlamətlərini hiss edən kimi dərhal ən yaxın xəstəxanaya müraciət etməyi məsləhət görürlər.

Bəs gəlin görək bu xəstəliyin əlamətləri nədir? Donuz qripi öz əlamətləri ilə normal qripdən çox da fərqlənmir.

Əlamətləri:

• Yüksək hərarət
• Öskürmə
• Boğaz və baş ağrıları
• Halsızlıq
• Qusmalar

Bu əlamətlər virusa yoluxduqdan 3 və ya 5 gün sonra özünü göstərir.
Virus nəfəs vasitəsi ilə burun və boğazdan ciyərlərə keçdiyi üçün virusdan qorunmanın yolları gigiyenik qaydalara əməl etmək, virus olduğu düşünülən bölgələrdə ağız maskalarından istifadə və çoxlu miqdarda maye su meyvə suyu və sulu yeməklər tükətmək məsləhət görülür.


Tarix: 08.01.2015 / 15:43 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Saglamliq