beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musiqinin daha bir faydası

Məlumata görə musiqi ilə müalicə yuxu problemi olanlara, çox hərəkət edən hiperaktiv uşaqlara yaxşı təsir göstərir.
Bu baxımdan valideyinlər boş vaxtlarda uşaqların istəyinə uyğun musiqi terapiyası götürməlidir.
Sevimli məşğuliyyətlərdən hesab olunan musiqi, yalnız ruhun deyil, həm də bədənin qidasıdır. Hətta yüksək tonlu musiqilər belə insanı motivasiya edir.
Lakin, uşaqların psixoloji müalicəsi və rahatlığı üçün yumşaq tonlu səsdə olan yavaş musiqilərə üstünlük verilməlidir.
Türkiyəli mütəxəssis Dos. Dr. Tuncayın sözlərindən aydın olur ki, valideyinlər uşaqlara yalnız zövqə uyğun musiqi dinlətməlidirlər.
Xüsusilə motsart musiqisi yeni doğulmuş uşaqlara məsləhət görülür. Bu uşaqlarda konsentrasiya probleminə faydalıdır.
Musiqi həmçinin uşaqların ictimai və fərdi xüsusiyyətlərinin inkişafına, sevgi duyğularının olmasına da xeyirlidir.
Onuda qeyd etmək lazımdır ki, aparılan bəzi tədqiqatlara görə yetkinlik dövrlərində dinlənilən musiqi daha təsirlidir.


Tarix: 08.01.2015 / 11:09 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Saglamliq