beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Döymələr insan sağlamlığı üçün təhlükəlidir

Günümüzdə vücuda döymə döydürmək gənclər arasında olduqca geniş bir dəb halını almışdır. Bəzi gənclərimiz kiçik fiqurlarla kifayətləndiyi halda bəziləri isə az qala vücudunu döymə ilə bəzəyir. Lakin döymələrin vücudumuza nə kimi təsiri olduğunu heç düşünmüsünüzmü? Döymələrin iki növü mövcuddur müvəqqəti və daimi döymələr. Bunlardan ən təhlükəlisi daimi döymələr olsa da müvəqqəti döymələr də insan orqanizminə mənfi təsir edir. Çünki dəridən sorulan döymə boyasının allergiya və zəhərlənmələrə səbəb olduğu bildirilir.

Müasir dövrdə döymələri xüsüsi maşın vastəsi ilə döyürlər ki, bu maşının iynəsi dəqiqədə 3 000 dəfə dəriyə batıb çıxaraq döymə boyasını dərinin altına yeridir ki, bu da bəzi sağlamlıq problemlərini meydana gətirir.

Döymənin yol açdığı ən təhlükəli xəstəliklər hepatit B və C bununla yanaşı QİÇS xəstəlikləridir. Hepatit C və B viruslarının iynə üzərində iki aydan çox yaşama qabiliyyəti olduğundan bu xəstəliyin iynə vasitəsi ilə insandan insan keçmə ehtimalı çox yüksəkdir.


Tarix: 08.01.2015 / 15:41 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Saglamliq