beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xolesterinin ziyanları və ondan qorunma üsulları

Qanda yüksək miqdarda olan xolesterin maddəsi vücudda toplanaraq qalır və zaman keçdikcə öz təsirini göstərir. Xolesterin əsasən toplanıb qaldığı damarlarda daha çox təsirli olur. Əgər xolesterin ürək damarlarında toplanmışsa bu həddən artıq problemə gətirib çıxarır. Çünki ürək damarlarında toplanan xolesterin
ürək çatışmazlığı və infarkta səbəb ola bilər. Arterial təzyiqin qalxmasına səbəb olur. Xolesterin beyni qidalandıran damarları tutduqda isə iflic, nitqdə qüsurlar və yaddaş pozğunluqlarına gətirib çıxarır.
Bundan başqa isə xolesterin böyrəkdə toplanarsa böyrək çatışmazlığı və yüksək qan təzyiqi ilə nəticələnir.
Xolesterindən qorunma üsulları.

Xolesterin əsasən beyin, sinirlər, ürək, böyrək və qaraciyərlərdə toplanır. Mütəxəssislər damarlara toplanaraq insan həyatı üçün böyük təhlükə yaradan bu maddədən uzaq olmanın yollarını aşağıdakı kimi göstərmişlər.

• Qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq.
• Mal və qoyun əti tükətməmək bunun yerinə toyuq və quş ətindən istifadə etmək.
• Çox yağlı yeməkdən çəkinmək.
• Yumurtadan az istifadə etmək.
• Mümkün qədər çox meyvə və tərəvəz tükətmək.
• Həftədə ən az 3 dəfə 40-45 dəqiqə piyada gəzinti.


Tarix: 08.01.2015 / 15:41 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq