beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeniyetmələrdə keçid dövrü

Bildiyimiz kimi yeniyetmələrin yetişkənlik dövründə boy artımı sürətlənir, üzdə və başqa nahiyələrdə tüklər çoxalır, səsin ahəngi dəyişir və gurlaşır, cinsi hormonlar artır. Günümüzdə yeniyetmələrin keçid dövründə qarşılaşdıqları aktual problemlərə boy artan zaman kürək əyriliyi, yastıpəncəlilik, sızanaqlar və cinsi tərbiyə aiddir.
Bu dövrdə boy artan zaman fikir verilmədiyinə görə bəzi şəxslərdə kürək əyriliyi olur. Bunun üçün bu sahə ilə əlaqədar mütəxəssislərə müraciət etmək vacibdir.
Lazımi prosedurlara əməl etdikdən əlavə istək əsnasında aşağıdakı tapşırıqları da yerinə yetirmək olar:
1. 4-5 dəfə "balıq hərəkətləri" kimi bilinən – qarın üstə uzanıb, əlləri farağat saxlayaraq belə tərəf əyilmək;
2. İki dayaq üzərinə qoyulmuş üfüqi tirlərdən ibarət idman aləti hesab olunan turnikdən 30-40 saniyəliyə 4-5 dəfə tutub sallanmaq;
3. Əlləri arxada bir-birinə qıfıl kimi keçirərək, bacardığınız qədər onları yuxarı qaldırmağa çalışmaq.
Keçid dövründə bəzi qızların qarşılaşdıqları problemlərdən biri də yastıpəncəlikdir. Bədənin çəkisi artdıqca, dabanlar bərkiməyə macal tapmadığından bu problem yaranır. Həmin problemin qarşısını almaq üçün qida rasionundan tutmuş ayaqqabı seçiminə kimi xüsusi diqqət tələb olunur. İstək əsnasında onların qida rasionuna kəsmik, yağlı dəniz balığı və dəniz məhsulları da əlavə edə bilərsiniz. Bu məhsulların tərkibində sümüklər üçün vacib olan çoxlu miqdarda kalsium olduğu bildirilir.
Yetkinlik zamanlarında müşahidə olunan aktual problemlərdən biri də sızanaqlardır. Bir sıra həkimlər gənclərdə daha çox görülən sızanaqlar və civzələrlə yeniyetmə dövründə ağıl və bacarıqla mübarizə aparmağın vacib olmasını bildirirlər. Əgər səpki və sızanaqlar tez-tez olursa bu zaman vaxt itirmədən qastroenteroloq, dermatoloq və endokrinoloqa müraciət etmək məsləhət görülür.
Yeniyetmələrin cinsi yetişkənlik dövründə cinsi hormonlar artıq dərəcədə hasil olunması nəticəsində orqanizimdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Bunun üçün valideyinlər bunu başa düşməli və lazimi cinsi tərbiyə vermək üçün yetərli işlər görməlidirlər. Əlavə olaraq maarifləndirmə baxımından bəzi vəsaitlərdən, o cümlədən "Uşaqlar haradan götürülür?", "Yeniyetmələrin seksual həyatının ensiklopediyası" və s. kitablardan istifadə məsləhət görülür.


Tarix: 08.01.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Saglamliq