Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Piylənmə xəstəliyi müalicə edilməlidir

Məlumdur ki, piylənmə xəstəliyi bədəndə çox miqdarda yağ toxumasının yığılmasına səbəb olur. Bu xəstəlik müalicə edilməzsə bir çox xəstəliklərə yol açar (ürək-damar xəstəliyi və s.). Çünki, qanda artan yağ dərəcələri (triqliserid və xolesterin) damar sərtliyi yaradır. Buda hipertəzyiq və infarkt xəstəliklərinə səbəb olur. Bu baxımdan piylənmə xəstəliyi günümüzdə əhəmiyyət verilməsi lazım olan xəstəliklərdən biridir.
Türkiyəli Dr. Onur Peşlukun şərhindən aydın olur ki, Dünya Sağlamlıq Təşkilatı da piylənmə xəstəliyini ciddi xəstəliklərdən hesab edir.
Bu xəstəlik uşaq vaxtlarından xüsusi həssaslıq tələb edir. Belə ki, bəzi valideyinlər buna ciddi münasibət göstərmədiyindən zamanla piylənmə xəstəliyi inkişaf edir. Buda uşağın gələcəyinə və sağlamlığına mənfi təsir göstərir. Məlumata görə kök insanlarda ürək çatışmazlığı, normal çəkisi olan insanlara nisbətən 2 dəfə daha çoxdur.
Onuda qeyd etmək lazımdır ki, düzgün qidalanmamaq və hərəkətsizlik bu xəstəliyin ən böyük səbəblərindən biri hesab olunur.
Piylənmənin müalicəsi üçün hər şeydən əvvəl xüsusi pəhriz saxlanılmalıdır. Düzgün həyat tərzinə əməl etmək, idmanla məşğul olmaq da olduqca faydalıdır.


Tarix: 08.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq
loading...