beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret dad bilməni zəiflədir

Siqaret dadbilməyə təsir edir və nəticədə insan bu duyğudan məhrum olur. “BMC Ear, Nose and Throat Disorders” adlı jurnalda dərc edilən araşdırma, siqaret çəkmənin xərçəng və ürək xəstəlikləri ilə yanaşı, dad bilmə duyğusunun itməsi və yeməklərin ləzzətini pozduğunu göstərmişdir. Araşdırmanı reallaşdıran elm adamları, siqaret çəkən və orta yaşları 25 olan 62 gənc arasında təcrübə apardılar. Araşdırmaçılar siqaret çəkənlərin dilindəki dad tumurcuqlarının şəklinin, çəkməyənlərə görə daha yastı və düz olduğunu təsbit etmişdilər. Ancaq, iki qrup arasında dad tumurcuqlarının sayları arasında fərq olmadığı görülmüşdür. Buna baxmayaraq, siqaret çəkənlərdən bir neçəsinin çəkməyənlərlə oxşar dadları hiss etdiyini söyləyən araşdırmaçılar, bunun səbəbini açıqlamaq üçün isə tədqiqatların davam edəcəyini söylədilər.


Tarix: 08.01.2015 / 15:23 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq