Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

B6 vitamininin əhəmiyyəti

B6 vitamini (digər adı Piridoksin), beyin funksiyaları, hormon tarazlığı kimi bir çox vəzifələrin yerinə yetirilməsində əhəmiyyətlidir.
Belə ki, bu funksiyalarının yaxşı olması üçün B6 vitamini zülalı həzm etdirərək, hormonların istehsalına kömək edir.
Cinsi hormonları da tarazlaşdırır. Depressiya və allergik reaksiyalara qarşı təsirlidir. Gündəlik B6 vitamini ehtiyacı 2 mg olmalıdır.
Heyvan və bitki mənşəli qidalarda aşağı miqdarda olur. Badam, qoz, fındıq kimi çərəzlərdə, paxlalılarda, qaraciyərdə, spanaqda, çuğundurda B6 vitamininə rast gəlinir.
Bu vitamin çatışmadıqda dəri və həzm sistemi narahatlıqları yaranır. Əzələ gücsüzlüyü və əzələlərdə həssaslıq, konsentrasiya çətinliyi, tez isinmə, yaddaş zəifliyi, ayaq problemləri, qəbizlik, mədə ağrıları görülür.


Tarix: 08.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Saglamliq
loading...