beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımların pəhrizlə bağlı söylədiyi yalanlar

Aparılan araşdırmalarda qadınların qidalanmaları ilə bağlı ildə təxminən 500 dəfə yalan danışdığı məlum olub.

“Daily Telegraph”dərgisində nəşr olunan xəbərə görə, qadınların pəhrizlə əlaqədar söylədiyi yalanların əksəriyyəti şokalad, pendir və spirtli içkiylə bağlıdır.

“Timex” tərəfindən 3000 qadın arasında aparılan araşdırmada, zərif cinsin nümayəndələrinin yemək yediyi zaman ən çox işlətdiyi ifadə budur: “Çox az miqdarda yedim”.

“Naharda çox yeyirəm ki, digər vaxtlarda az qida qəbul edim”, “Uşaqlarımın qabında qalan yeməklərin atılmaması üçün yeyirəm” və “Yalnız yeməyin dadına baxdım” – bunlar qadınların “pəhriz yalanları”na aid olan bəzi cümlələr idi.

Xanımların yemək qəbul etməklə bağlı danışdığı bəhanələr də var. Bunlardan biri odur ki, onlar guya heç vaxt fastfood yemirlər. bundan başqa, yalnız, xüsusi günlərdə bir qədəh şərab içirlər. Hətta qırmızı şərabın sağlamlığa çox faydalı olduğunu deyərlər.

Qadınları ən çox yoldan çıxaran qidalardan isə şokalad, çipsi, tort, pendir və çörəyin adları çəkilir


Tarix: 27.12.2012 / 11:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Saglamliq