Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxunun faydaları

İnternet mənbələrində verilən məlumatlarda göstərilir ki, nizamsız yuxu saatları olan kəslərdə ciddi problemlər ortaya çıxa bilər.
Gündə ən əz 8 saat yuxu və eyni saat aralıqlarında yuxu nizamı lazımdır. Yuxu nizamı olmayan kəslərdə göz ətrafında torbalanma və bənövşəyiliklər ən sıx qarşılaşılan problemlərdəndir.
İnsan həyatında hava və su qədər ehtiyac olduğu ifadə olunan yuxunun faydaları saymaqla bitmir. Bir beyin funksiyası olan yuxuda, heç bir həyati orqanın tamamilə dayanmadığı, hətta müəyyən beyin hissələrinin daha çox işlədiyi, bədənin digər hissələrinin istirahətə sövq edildiyi bir halın yaşandığı ifadə olundu.
Yuxusuzluğun isə cəmiyyətimizdə ən sıx qadınlar və çox yaşlı kəslərdə görüldüyü qeyd edildi.
Bədənimizdəki toksinlərin təmizlənməsində hüceyrələrimiz yenilənər. Bu vaxt gün boyunca yaranan hüceyrə ziyanları aradan qaldırılar.
Yuxu, stressdən qaynaqlanan həddindən artıq kortizonu tarazlıqlar və hər cür ziyanı təmir edər. Bizi yatırdan hormonlar, gün doğularkən xoşbəxtlik hormonu olaraq tanıdığımız seratoninə çevrilər və gözlərimizi ümidlə, sevinclə açmamızı təmin edər. Yuxu əsnasında immunitet sistemimiz güclənər və dayanıqlılığımız artar.
Yatarkən, bütün orqanlarımız, ürəyimiz, mədəmiz, qaraciyərimiz və əzələlərimiz də daxil olmaq üzrə hər şey yavaşlayaraq istirahət edər, təmizlənər və yenilənər. Yuxuya getmə və ya davam etdirmədə çətinlik, yəni yuxusuzluq (insomnia) cəmiyyətdə hər üç adamdan birində görülən əhəmiyyətli bir sağlamlıq problemidir. İnsanların çoxu bir və ya iki gecə yuxusuzluq çəkər, ancaq bu vəziyyət bəzən həftələr, aylar və hətta illərcə davam edə bilər. Belə bir vəziyyətdə mütləq həkiminizə görünməyiniz lazımlıdır."
Yuxu gigiyenasını daha yaxşı hala gətirə bilmək üçün müxtəlif ipuclarını da açıqlayan Dr. Şenol Okur; "Özünüzü yuxulu hiss etmədən yatağa getməyin. Yatma vaxtında yuxu hiss etmirsinizsə, başqa bir şey edin. Kitab oxuyun, yüngül bir musiqi dinləyin və ya bir jurnala baxın. Rahatlaşdırıcı bir şeylər edin. Ağlınızdan yuxu ilə narahatlıq fikirini atın. Bu sizin bədəninizin rahatlamasını təmin edəcək və düşüncələrinizi dağıltacaq. Hər gecə yatağa getmədən əvvəl sizin rahatlamanızı təmin edəcək məşğuliyyətlərə başlayın. İlıq duş, yüngül yemək və ya bir neçə dəqiqə kitab oxuma ola bilər. Nizamlı olaraq bütün gecə yuxusuna sahib olmağa çalışın. Gün içində yaxşı istirahət etmiş hiss etmənizi təmin edəcək müddətdə yatın. Yatağınızı yalnız yatmaq üçün istifadə edin. Yataqda televizor seyr etmə, kitab-qəzet oxuma, kompüter oyunu oynama, yemək yemə kimi davranışlardan uzaq olmaq məstləhət olunur.
Bəzi vərdişlərin yuxu nizamına və yuxu keyfiyyətinə mənfi təsiri "Günorta yeməyindən sonra kofein qəbul etməklə öz həllini tapa bilər. Yatma vaxtından altı saat əvvəl pivə, bir stəkan şərab və ya digər spirtli içkilərdən qaçının. Yuxu həblərindən qaçının və ya diqqətli istifadə edin. Unutmayın ki, yuxu nizamı bir vərdişdir və özbaşına olması lazım olan bir şeydir. Bu səbəblə dərmanla təmin edilən yuxu sizə faydadan çox zərər təmin edə bilər. Yatağa ac girməyin, ancaq yatma vaxtına yaxın saatlarda ağır yemək də yeməyin. Yatma vaxtı əvvəlində siqaret çəkməyin və ya digər nikotin ehtiva edən qidalar qəbul etməyin. Yatma vaxtından əvvəl altı saat içərisində ağır məşqdən qaçının. Nizamlı olaraq ancaq günün daha erkən saatlarında məşq etməlk məsləhət görülür.


Tarix: 08.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 261 Bölmə: Saglamliq
loading...