Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı vitamin, nə qədər qəbul edilməlidir?

Xüsusilə qış aylarında sağlamlığımızı qorumaq üçün vitaminlərə ehtiyacımız var. Amma hər şey kimi vitaminlərdən də çoxlu sayda istifadə orqanizm üçün o qədər də fayda vermir. Bu zaman belə bir sual meydana gəlir ki, hansı vitaminlərdən, nə qədər qəbul etmək lazımdır ki, həmin vitaminlər orqanizm üçün daha çox fayda vermiş olsun? Başqa sözlə qəbul olunan vitaminlərin dozası nə qədər olmalıdır?
Gəlin vitaminləri və qəbul edəcəyimiz dozaları tək tək araşdıraq.
A vitaminindən çox miqdarda istifadə toksik təsir göstərməklə baş ağrısı problemlərinə səbəb olur. Eyni zamanda qaraciyər, sümük, və mərkəzi sinir sistemi pozğunluqlarına da gətirib çıxara bilər.
Kişilərə gündə 900 mcg, qadınlara isə 700 mcg nisbətində vitamin qəbulu məsləhətdir. Orta böyüklükdə bir kök tərkibində 600 mcg A vitamini ehtiva edir.
Tünd lifli qidalar, meyvələr və şirin kartof da bol miqdarda A vitamini ilə zəngindir.
Bədən beta karotini A vitamininə çevirir. Bu vitamindən alıb, qəbul edənlərin və eyni zamanda siqaret istifadə edənlərin pis xəstəliklərə tutulma riski artır.
Başqa bir tədqiqatın nəticəsinə görə qanında yüksək səviyyədə beta karotin olan kişilərin pis xətəliklərə tutulma riski 3 qat artır. Bundan müəyyən olunmuş qaydada istifadə olunmalıdır. Beta karotini möhkəmlətməyin yerinə tünd rəngli tərəvəzlərdən və narıncı rəngdə olan meyvələrdən ala bilərsiniz.
C vitaminindən kişilərin gündə 90 mq, qadınların isə 75 mg qəbul etmələri məsləhət bilinir. Siqaret çəkənlərin 35 mg əlavə C vitamininə ehtiyacı var.
Bir su stəkanı portağal suyu az qala gündəlik bütün C vitamini ehtiyacımızı qarşılayır.
E vitamininin yüksək dozası qanın durulmasına səbəb olduğu bildirilir. Bu həmdə yüksək təzyiqin yaranmasına səbəb ola bilər. Gündəlik 15 mq və ya 1 ovuc qovrulmuş badam E vitamininə olan günlük ehtiyacınızın təxminən yarısına cavab verir.
Selenium son zamanlarda bəzi qidalara möhkəmlətmə olaraq əlavə oluna bilir. Ancaq çox istifadə bu mineral üçündə təhlükəli hesab edilir.
Son zamanlarda aparılan araşdırmaların nəticələri göstərir ki, kapsula olaraq yüksək səviyyədə selenium almaq 2 cür diabet tipinin riskini artırır.
Bundan günlük olaraq 55 mcg məsləhət görülür. Bunu 1 sendviç və ya bir ovuc fındıqla da almaq olar.
Fol turşusu hamilələrin mütləq istifadə etməsi lazım olan bir mineraldır. Lakin digər qrup insanlar üçün ürək xəstəlikləri, depressiya və s. xəstəliklərə daha böyük faydası olmur. Gündəlik 400 mcg kifayətdir. Tünd lifli tərəvəzlərdən və tam buğda unlu çörəklərdən də fol turşusu alınır.


Tarix: 08.01.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Saglamliq
loading...