Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti havada bol maye qəbul edin

Məlumata görə müəyyən edilib ki, qanımızda natrium konsentrasiyasının artması nəticəsində daha çox maye qəbuluna ehtiyac yaranır.
Qanda natrium konsentrasiyasının 1% artması belə susuzluğun yaranmasına səbəb olur.
Lakin stress, həddindən artıq çay, qəhvə istehlakı, hərəkətsiz həyat və su içməmək vərdişi susama hissini önləyir.

Normal bir yetkin fərd gündə minimum 1,5 litr su içməlidir. Lakin su itkisi olduğu vəziyyətlərdə, isti havalarda, idman məşqləri etdiyiniz zaman, arıqlama pəhrizlərində və s. vəziyyətlərdə su ehtiyacımız 2-3-4 litrə qədər arta bilər. Susamağı gözləmədən bol-bol su içməliyik.
Mütəxəssislər, isti havalarda bədəndə tərləməyə bağlı həddindən artıq maye itkisinə qarşı, bol maye alınması lazım olduğunu söyləyir.
Günəş şüalarının güclü olduğu 11.00-16.00 saatlarında istirahətə daha çox vaxt ayırmaq da pis olmaz.
Gündüz isti saatlarda çox enerji tələb edən işlər və fəaliyyətlər edilməməlidir. Bu cür fəaliyyətlər edildiyində tərləmə ilə bədəndə daha çox su və duz itkisi meydana gələcək. Bədəndən atılan su və duz itkisini yerinə qoya bilmək üçün bol maye qəbul etmək lazımdır.


Tarix: 08.01.2015 / 11:12 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq
loading...