beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məqsədi olan insanlar daha uzun yaşayır

Həyatda yaxşı məqsəd sahibi olanlar sağlam yaşamaqla bərabər ömürlərinə ömür əlavə edirlər.
Psychological Science jurnalında dərc olunan araşdırmada bunun əsas səbəbi kimi sağlamlığa ciddi fikir vermək göstərilib.
Məlumatda həmçinin Kanada və ABŞ-lı elm adamlarının birgə tədqiqatlarından bəhs edilib.
İştirakçılardan yaşı 20 və 75 olan 7 mindən çox yetkinin ağıl sağlamlığı və fiziki vəziyyətləri təhlil edilib.
Nəticədə məqsəd sahibi olanların uzunömürlü olduqları üzə çıxıb.
Sağlam və uzunömürlü olmaq üçün lazımi proseduraları gözləməklə boş vaxtlarda idman məşqlərinə vaxt ayırmaq, istəyə uyğun düzgün qidalanmaq, gündəlik rejimə əməl etmək yetərlidir. Siqaret çəkmək, piylənmə, stress və digər zərərli vərdişlər insanın erkən bir vaxtda yaşlanmasına səbəb olur.
Carleton Universitetinin psixoloqu Patrick Hill də həyatda bir məqsəd təyin edən şəxslərin daha uzun yaşamasını bildirib.


Tarix: 08.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Saglamliq