Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lüminessent lampa qırıldıqda otağı dərhal havalandırın

Elektrik enerjisinə qənaət etmək məqsədilə lüminessent lampalardan daha çox istifadə edilir. Lakin bilmək lazımdır ki, bu lampalar orqanizm üçün zərərlidir. Lüminessent lampaların içində qaz halında civə olur və qırılarkən həmin zəhərli maddə havaya qarışır. Nüvə tibb eksperti Dr. Cem Xınaçı civə qarışıq hava tənəffüslə orqanizmə daxil olmasın deyə otağı dərhal havalandırmağı, lampa qırıqlarını isə əl dəymədən toplamağı tövsiyə edir.

Lüminessent lampalar 1 metrdən daha yaxın məsafədə ultrabənövşəyi şüalar yayaraq dəriyə və gözlərə mənfi təsir göstərir. Buna görə də həmin lampaların iş masası və yataq otağında istifadəsi məsləhət deyil.

Bu lampalardan yayılan zərərli ultrabənövşəyi şüaların təsirinə məruz qalan insanlarda ekzema və digər xəstəliklər ortaya çıxır.

Lampadakı civə və zəhərli maddələr beyin və sinir sistemini zədələyir, həzm prosesini çətinləşdirir, immunitet sistemini zəiflədir, orqanizmdən zərərli maddələrin xaric edilməsinə əngəl törədir, xərçəng xəstəliyinə, mineral maddələrin çatışmazlığına səbəb olur.


Tarix: 08.01.2015 / 15:12 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq
loading...