beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Televizor beynin düşmənidir

Məlumata görə Yıldız Texnik Universiteti tərəfindən təşkil olunan tədbirdə yaddaş texnikaları müzakirə olunub. PDA-nın Ümumi Koordinatoru və Karyera müşaviri Abdulkadir Özbək, təşkil olunan tədbirdə güclü yaddaşa sahib olmağın yolları haqqında danışıb. O, "Beynin sağ hissəsini məlumatları toplayan depo, sol hissəsini zəka, romantika və xəyal gücü kimi qiymətləndirərək, hər ikisini quşun qanadlarına bənzədib və televizorun zərələrindən danışıb. Onun sözlərindən aydın olur ki, insan beyninin sağlamlığı üçün zərərli təsir göstərən bütün əşyalardan uzaq olmaq lazımdır. O, bildirib ki, gündə 2 saat fasiləsiz film izləmək, həmin müddət ərzində dəyən zərəri 1 həftəyə kompensasiya etməyə bərabərdir. Alimlər televiziya izləməyin siqaret və köklük qədər ciddi sağlamlıq problemi olduğunu bildirirlər.
Başqa bir tədqiqata görə, 90 dəqiqəlik televiziya proqramı və yaxud serial insan ömrünü 33 dəqiqə azaldır.
Bu baxımdan daha sağlamlığa faydalı sahələrlə məşğul olmaq məsləhət görülür. (İdman və s.)


Tarix: 08.01.2015 / 12:16 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Saglamliq